Alman avtomobil şirkətləri, 'Tesla' ilə Çin şirkətlərinə rəqabətdə uduzacaqlar
Elm & Texnologiya
20.09.2017
Emil Nəcəfov
“BMW”, “Mercedes” və “Volkswagen” kimi şirkətlər, yanacaqlı mühərrikdən elektrikli mühərrikə keçmiş ABŞ və Çinin avtomobil istehsalçıları ilə rəqabətdə uduza bilərlər.
Bu barədə Clean Technica saytı xəbər verib. 2016-cı ildə “BMW”,
“Mercedes” və “Volkswagen” şirkətləri, 550 milyard dollar yatırmış (və bu məbləği
yenidən götürmüş) və benzin ilə dizel mühərrikləri ilə çalışan avtomobillərin
satışlarından 30 milyard dollar gəlir əldə etmişdilər. Yanacaq mühərriklər hələ
də istifadə olunur və alman avtomobil istehsalçıları vaxtından əvvəl özləri
üçün krizis yaratmaq istəmirlər.
Bunu həmçinin Almaniya höküməti də istəmir.
Belə ki, ekoloji təmiz mühitin yaradılmasını istəyən Almaniya, bir faktı inkar edə
bilmir ki, ölkənin ümumi daxili məhsulunun 14%-ni avtomobil sənayesi tutur.
“Alman avtomobil sənayesinə fasilə lazımdır. O etiraf etməlidir ki, qazıntı yanacağı yavaş-yavaş ölür. Baxmayaraq ki, yanacaqlı mühərriklər hələki istifadə olunur, müəyyən vaxtdan sonra hər şey dəyişəcək. Alman avtomobil sənayesi, modellərin daha az istehsalına diqqət ayırmalı və istehsalatdan qənaət edilmiş vəsaiti, elektromobillərə sərf etməlidir” – deyə “Opel” şirkətinin keçmiş CEO-su Karl-Thomas Neumann bildirib.
Neumann, alman avtomobil sənayesinə doğru gələn
krizisi, “Tesla” şirkəti ilə əlaqələndirib.
“Tesla-dan öncə hamı, elektrikli avtomobillər haqqında yalnız ekologiya üzrə Kaliforniya şurasında irrasional üsullar kimi düşünürdü. Lakin indi daha çox ölkə, yanacaqlı mühərriklər vasitəsilə çalışan avtomobillərə qadağa qoymağa üstünlük verir. Hətta ekoloji mədəniyyəti aşağı olan Çin də adi avtomobil istehsalına qadağaları sərtləşdirir”.
“BMW”də
yalnız elektromobillərlə məşğul olan şöbə yaradılmışdır. Lakin yeni i3 və i8
modellərinin satışları, investorları heç də qane etmədi. Nəticədə şirkət hibrid
avtomobillərin (özündə həm elektrikli, həmdə yanacaq mühərrikli avtomobillərin
özəlliklərini daşıyan modellər) istehsalına keçdi. “Volkswagen” isə söz verib ki, 2025-ci ilə
kimi şirkətin müxtəlif brendlari altında 50 model elektromobil təqdim ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!