main-post-cover

    Alphabet holdinqi 2019-cu ildə Avropada dron kuryerləri test etməyə başlayacaq (VİDEO)

    Elm & Texnologiya
    05.12.2018
    Farid Pardashunas
        Wing adlı layihə artq beynəlxalq status əldə edib. Bu layihənin dron kuryerləri Avstraliyada 55.000 uçuş reallaşdırıblar. İndi isə Alphabet holdinqi daxilində yaranmış bu layihə Avropa bazarına daxil olmağa hazırlaşır və Avropa regionundakı öz ilk testlərini Finlandiyada reallaşdıracaq. Wing Finlandiyanı təsadüfi şəkildə seçməyib. İlk öncə finlər yeni texnologiyaların böyük pərəstişkarları kimi tanınırlar. Bundan əlavə olaraq təyyarələr Finlandiya üzərindən aktiv uçuşlar reallaşdırmırlar.
        “Finlandiyanın iqlimi barəsində məlumatlarımızdan biz əminik ki, əgər bizim dronlarımız yükləri orda çatdıra bilsələr, deməli onlar bu işi istənilən yerdə görə bilərlər” – deyə Wing qeyd edib. Finlandiyada dronlar vasitəsilə yüklərin daşınması testlərinə gələn ilin yaz fəslində start veriləcək. Test zamanı insanlar bu xidmətdən pulsuz yararlana biləcəklər. Bunun üçün sadəcə olaraq servisin mobil tətbiqini yükləmək lazım gələcək. “Biz düşünürük ki, kommersiya məqsədli iş rejiminə keçəndən sonra bu servisin xidməti bir neçə dollar qiymətində olacaq” – deyə layihənin rəhbəri James Ryan bildirib.

        Qeyd etmək lazımdır ki, bu layihə artıq 6 ildirki mövcuddur. O, Google şirkətinin X lab-da yaradılıb və yalnız bu il şirkətin ayrıca biznesi kimi fəaliyyətə başlayıb. Layihənin mühəndisləri öz testlərini ABŞ-da keçirtməyə başlamışdılar. Onlar Chipotle adlı restoranlar şəbəkəsi və Starbucks ilə əməkdaşlıq edirdilər. Lakin ABŞ-da Wing hava daşınmalarının ciddi məhdudlaşdırılması problemi ilə qarşılaşdı. Buna görə də layihənin ən irimiqyaslı testləri Avstraliyada keçirildi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər