Alphabet holdinqi insanın eşitmə qabiliyyətini üst səviyyəyə yüksəldəcək cihaz üzərində çalışır

Alphabet holdinqi insanın eşitmə qabiliyyətini üst səviyyəyə yüksəldəcək cihaz üzərində çalışır

Texnologiya
05.03.2021 PAYLAŞIM

    İnsayderlərin verdikləri məlumata əsasən Google şirkətinin sahibi olan Alphabet holdinqi daşınıla bilən qeyri adi cihaz üzərində çalışır və həmin cihaz insanın duyğu orqanlarından birinin imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulub. Söhbət, iti eşitmə qabiliyyətini verəcək cihazdan gedir. İnsayderlər bildiriblər ki, sözügedən layihə Wolverine kod adına sahibdir və şirkət onun üzərində 2018-ci ildən çalışır. Bu layihə insanın eşitmə qabiliyyətinin daha üst səviyyəyə yüksəlməsi üçündür. Bununla belə cihaz ətraf səs-küyü boğaraq yalnız bir səs mənbəyinə fokuslanmaq imkanını verəcək.

    Bu cür nəticəni əldə etmək üçün isə Alphabet sözügedən cihazı adi qulaqlıq şəklində hazırlayır. Lakin heç itisna deyil ki, gələcəkdə cihazın formatı dəyişsin. Məlumata əsasən cihaz yüksək həssaslığa sahib mikrofonlar ilə təchiz olunacaq. Həmin mikrofonlar isə xüsusi proqram alqoritmi vasitəsilə ətraf səs-küyü boğaraq danışan ikinci şəxsin səsinə fokuslanacaq. Alphabet təsdiqləyib  ki, o, eşitmə qabiliyyəti sahəsində araşdırmalar aparır. Lakin holdinq bu layihə barəsində heç bir ətraflı məlumat təqdim etməyib. Cihazın texniki özəllikləri və nə zaman satışa çıxacağı barəsində də bir məlumat hələki yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..


SpaceX-in Crew Dragon kosmik aparatı avtopilot sistemindən uğurla istifadə edib ..

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modu..


Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildir..

×