main-post-cover

    Alphabet uzaq regionlarda internetin yayılması üçün işıq şüalarından istifadə edir (VİDEO)

    Elm & Texnologiya
    16.11.2020
    Emil Nəcəfov
        2020-ci ilin sonuna olan rəsmi məlumata əsasən Yer kürəsində 4 milyard insanın hələ də internetə çıxışı yoxdur. Alphabet holdinqinin (Google şirkətinin sahibi) yeni layihəsi isə optik sürət qüllələri vasitəsilə Afrikanın uzaq regionlarını internet şəbəkəsi ilə təmin etmək üçün nəzərdə tutulub. Bu barədə Newatlas saytı xəbər verib. Hal hazırda Alphabet holdinqi uzaq regionlara internet bağlantısının çatdırılması üzrə bir sıra layihə üzərində çalışır. Onların arasında internet bağlantısının böyük hava şarları və ya dronlar vasitəsilə ötürülməsi var.
        Lakin bu məsələdə olan yeni ideya naqilsiz optik bağlantı prinsipinə əsaslanır və naqil ilə radiodalğalar əvəzinə işıq şüalarından istifadə edir. Bu müasir texnologiyanın testini ilk növbədə Keniyanın sakinləri reallaşdıra biləcəklər. Project Taara adlı bu yeni layihə məlumatların ötürülməsi üçün işıqdan istifadə edən yüksək sürətli terminallardan ibarətdir.
        Sözügedən terminallar bir-birilərindən 20 km məsafədə yerləşirlər. Onlar binaların damlarına, qüllələrə və hündür sütunlara yerləşdirilirlər. Bu cür şəbəkə kanalının məlumatı ötürmə sürəti saniyədə 20 Gbit təşkil edir. Keniya və Hindistanda keçirilmiş ilk testlər bu texnologiyanın effektivliyini təsdiqləyiblər. Növbəti mərhələdə Liquid Telecom adlı mobil operatorun köməkliyi ilə optik şəbəkələrin yaradılması planlaşdırılır.
    Linki kopyala