Amazfit öz smart saatlarına ChatGPT dəstəyini əlavə edib

Amazfit öz smart saatlarına ChatGPT dəstəyini əlavə edib

Texnologiya
06.03.2023 PAYLAŞIM

    Zepp Health şirkətinə məxsus olan və smart saatların istehsalı sahəsində fəaliyyət göstərən Amazfit brendi ZeppOS adlı əməliyyat sisteminin yeni versiyasını təqdim etdiyini elan edib. Əməliyyat sisteminin istifadəyə verilmiş yeni versiyasında reallaşdırılmış əsas yenilik ondan ibarətdir ki, ona OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu inteqrasiya edilib. Beləliklə ZeppOS üzərindən çat-bot ilə qarşılıqlı əlaqədə olmaq üçün ayrıca siferblatdan istifadə edilir. Həmin siferblatda istifadəçi ChatGPT ilə ünsiyyət qura bilər.


    ZeppOS-ə inteqrasiya edlmiş çat-bot istifadəçinin suallarına cavab verir və onun əmrləri əsasında müəyyən əməliyyatları yerinə yetirir. Məsələn, istifadəçi çat-bota “How was my day?” sualını verən zaman çat-bot gün ərzində əldə edilmiş məlumatların qısa xülasəsini təqdim edir. İstifadəçi eyni üsul ilə çat-botdan hava proqnozu, avtomobil yollarındakı tıxaclar, müxtəlif şəhərlərdəki saat və təqvimlər barəsində məlumatlar əldə edə və ya internetdən hansısa digər məlumatları öyrənə bilər. Qeyd etmək lazımdır ki, hal hazırda heç bir şirkət belə bir imkanı təklif etmir. Yəni başqa sözlə desək, bu məsələdə Amazfit bir ilk oldu. Lakin çox güman ki, yaxın zamanda digər şirkətlər də öz smart saatlarında və digər cihazlarında bu imkanın analoqunu təqdim edəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ford şirkəti Explorer adlı elektrikli krossoveri təqdim edib - QİYMƏTİ

Təqdim edilmiş elektrikli krossover Volkswagen şirkətinin MEB adlı modul platforması əsasında qurulu..


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..

×