
"Amazon" hoverboarda görə məhkəməlik oldu
Elm & Texnologiya
07.05.2017
Farid
"Amazon" son dövrlər istər satıcılara, istərsə də satdığı bəzi elektron avadanlıqlara görə problem yaşayır. Bir ailə Amazondan aldığı hoverboarda görə şirkətdən 1 milyon dollar tələb edir.
Ölkəmizdə də çox məşhurlaşan hoverboardlar
xaricdə yaşayan bir ailəyə çox ciddi maddi ziyan vurub. Übergizmo xəbər agentliyinin məlumatına görə, Nashvilleda yaşayan bir ailə "Amazon”dan
hoverboard alıb və bir müddət sonra cihaz partlayaraq ailənin yaşadığı evin
yanmasına səbəb olub. Əşyaları ilə birlikdə yanan ev üçün ailə 1 milyon dollar tələb edir. Həmin ərazidə
yerləşən "Anderson & Reynolds" hüquq
şirkətinə görə "Amazon” bu mövzuda təqsirləndirilə bilər. Çünki şirkət satdığı
cihazların potensial təhlükə daşıya biləcəyini bilirdi. Bundan əlavə şirkət hoverboardların
partlaması xəbərləri yayıldıqdan sonra onların geri verilməsində problem
çıxarmayıb. "Amazon”un bu məhkəmədən cəza alıb almayacağı isə sual altındadır.
Paylaş
Bənzər xəbərlər