main-post-cover

    'Amazon' özü-özünə məhv olan dronların patentini aldı

    Elm & Texnologiya
    03.12.2017
    Farid Pardashunas
    “Amazon” şirkəti göydə olarkən nəsə nasazlıq ehtimalında avtomatik olaraq hissələrə ayrılaraq məhv olma özəlliyinə sahib dronların patentini alıb.
    Bu barədə The Verge saytı xəbər verib. Patentdə dronun işində nasazlıq yaranacağı halında onun hissələrə ayrılması özəlliyinin necə çalışacağı barədə məlumat əks olunub. Məsələn bu cür hallara dronun batareyasının partlaması və pərlərinin çalışmaması aiddir. Hissələrə ayrılma sistemi işə düşməmişdən öncə o, dronun yolunu, hava şəraitini və ətraf mühiti sürətli şəkildə analiz edəcək.

    Bu heç də təhlükəsiz səslənməsə də, əgər dronun yerə düşməsi qaçılmazdırsa, onun ən azından hissələr şəklində düşməsi daha yaxşıdır. Patentə göstərilmiş fotoda dronun təhlükəsiz şəkildə ağaca eniş etməmişdən öncə öz detallarını quru və su sahəsinə necə atdığı əks olunub. The Verge saytı xəbər verir ki, bu patentin əldə olunması o demək deyil ki, “Amazon” həqiqətən də bu cür dronların istehsalına start verəcək. Bu cür cihazların tətbiq olunması üçün ilk öncə nizamlayıcı orqanlar tərəfindən icazə almaq lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər