
Amazon özünün peyk interneti layihəsinin reallaşdırılmasını təxirə salmalı olub
Elm & Texnologiya
21.07.2023
Emil
Amazon şirkəti özünün peyk interneti layihəsi olan Project Kuiper-in reallaşdırılması məsələsində növbəti gecikmələr ilə qarşılaşıb. Şirkət yay fəslinin sonunadək Yer kürəsinin orbitinə ilk peyklərini göndərə bilməyəcək. Qeyd etmək laızmdır ki, sözügedən layihə SpaceX şirkətinin Starlink peyk interneti ilə rəqabət aparmalıdır. Bu ilin yay fəslində Amazon Yer kürəsinin orbitinə iki ədəd peyk prototipini göndərməyi planlaşdırırdı. Lakin görünür, şirkət bu missiyanı təxirə salmalı olacaq. Səbəb isə peyklərin göndərilməsi üçün nəzərdə tutulmuş Vulcan Centaur adlı raketin hələ hazır olmamasındadır.
Raketin hazırlanması ilə məşğul olan United Launch Alliance (ULA) şirkəti peyklərin kosmosa göndərilməsi missiyasını bu ilin sonuna kimi təxirə salmalı olub. Qeyd etmək lazımdır ki, Vulcan Centaur-un işə salınması ilk öncə mart ayında planlaşdırılırdı. Lakin həmin ərəfədə raketdə baş vermiş partlayış səbəbilə missiya təxirə salınmışdı. Bir neçə müddət bundan öncə isə ULA bildirdi ki, Vulcan Centauri raketinin hazırlanmasına bir qədər çox vaxt lazım olacaq. Qeyd etmək lazımdır ki, Amazon Yer kürəsinin orbitində 3000 ədəd peykin yerləşdirilməsi icazəsinə artıq sahibdir. ABŞ Federal Rabitə Komissiyasından əldə edilmiş lisenziyaya əsasən Project Kuiper peyklərinin yarısı 30 iyul 2026-cı il tarixinə kimi işə düşməlidir. Bunun baş tutmayacağı halda komissiya öz lisenziyasını geri götürə bilər.
Paylaş
Bənzər xəbərlər