main-post-cover

    Amazon özünün qlobal internet layihəsinin peyklərini Yer kürəsinin orbitinə yerləşdirməyə hazırdır

    Elm & Texnologiya
    20.04.2021
    Farid Pardashunas
        Amazon şirkətinin peyklərinin Yer kürəsinin orbitinə çatdırılması üçün United Launch Alliance şirkəti onu 9 ədəd Atlas 5 adlı raket ilə təmin edəcək. Yer kürəsinin orbitinə göndəriləcək ilk peyklər Amazon-un Kuiper adlı layihəsinin təməlini təşkil edəcəklər. Amazon şirkətinin planına əasən Kuiper layihəsi SpaceX-in Starlink layihəsinin analoqu olacaq. Şirkət təmsilçiləri isə ilk uçuş missiyaları çərçivəsində hər bir raket daxilində neçə ədəd peykin olacağı və uçuş missiyalarının hansı vaxt aralığı ilə reallaşacağı barəsində bir məlumat verməyiblər. Bu barədə The Verge saytı xəbər verib. Amazon Yer kürəsinin orbitində 3236 ədəd süni peykdən ibarət olacaq peyk sistemini yaratmağı planlaşdırır.

    Həmin peyk sistemi sayəsində şirkət dünyanın ən uzaq nöqtələrini internet bağlantısı ilə təmin etmək niyyətindədir.

        Bundan əlavə olaraq həmin peyklər Amazon Web Services bulud servis infrastrukturunun dəstəyini də reallaşdıracaqlar. Lakin keçən ilin iyul ayında ABŞ-ın şəbəkə əlaqələri üzrə federal komissiyası (FCC) peyklərin göndərilməsinə dair icazəni verəndən sonra Kuiper layihəsi barəsində məlumatlar ortaya çıxmamışdı. FCC-nın tələbinə əsasən Amazon şirkəti planlaşdırılan peyklərin yarısını (1618 ədəd peyk) 2026-cı ilə kimi Yer kürəsinin orbitinə göndərməlidir. United Launch Alliance şirkətinin Atlas 5 adlı raketləri bu məsələdə Amazon-a yardımçı olacaqlar. Lakin nəticədə Amazon bazardakı digər təmsilçilərin təkliflərindən də istifadə edə bilər. Hal hazırda Kuiper layihəsinin 2 ciddi rəqibi var.

    SpaceX şirkəti artıq Yer kürəsinin orbitində 1355 ədəd peyk yerləşdirib. Şirkətin planında isə ümumi 12.000 ədəd peyk var.

        OneWeb şirkəti isə planlaşdırılan 650 ədəd peykdən 146-nı yerləşdirib. Bundan əlavə olaraq Telesat şirkəti var və o, 300 ədəd peykini göndərməyə hazırlaşır. Məlumata əsasən Kuiper layihəsinin peykləri 590 km-dən 630 km-ə kimi hündürlükdə yerləşəcəklər. Şirkətin məlumatına əsasən təchizatın prototipi saniyədə 400 Mbit internet sürəti sərgiləyib. Gələcək versiyalarda sürət daha da artacaq. 2020-ci ildə Amazon şirkəti bildirmişdi ki, o bu layihəyə 10 milyard dollar investisiya yatıracaq. SpaceX də özünün Starlink layihəsinə təqribən bu qədər vəsait yatırıb. Lakin bu məsələdə Starlink layihəsi bir qədər qabaqdadır. Belə ki, keçən ilin oktyabr ayında SpaceX öz layihəsinin beta testinə start vermişdi və bu ilin fevral ayının əvvəlinə olan statistikaya əsasən onun istifadəçi kütləsi artıq 10.000 insan təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər