Amazon şirkəti 6 rəqəmli maaş alan menecerləri alqoritmlərlə əvəz etməyə başlayıb
Elm & Texnologiya
14.06.2018
Emil Nəcəfov
ABŞ-ın Amazon şirkəti artıq uzun
zamandır ki, öz anbarlarında məhsul daşınmasını robototexnika vasitəsilə
reallaşdırır. İndi isə şirkət menecer personalını proqram təminatı ilə əvəz etməyə
başlayıb. Bu barədə Bloomberg saytı xəbər verib. Beləliklə böyük brendlərlə
milyonlarla dəyəri olan müqavilələr üzərində çalışan və 6 rəqəmli maaş alan mütəxəssisləri
şirkət proqram təminatı ilə əvəz etməyə başlayıb. İndiki və keçmiş əməkdaşların
sözlərinə görə şirkət brendlərin cəlb olunması ilə məşğul olan şöbəni
marketplace komandası ilə birləşdirir.
Bloomberg-in verdiyi məlumata görə
Amazon-un avtomatlaşdırılmış platforması sayəsində məhsullarını təqdim edən
şirkətlər Amazon əməkdaşları ilə əlaqəyə keçmədən öz məhsullarını reklam edə
bilirlər. Son aylar ərzində şirkətin bir neçə top menecerlərin vəzifələri dəyişdirilib
və onlar şirkətin digər işləri ilə məşğul olurlar. Bununla belə heç təəccüblü
deyil ki, şirkətinin öz bulud servisləri və süni zəka sahəsindəki
texnologiyaları olmasına baxmayaraq Amazon avtomatlaşdırılmış yeni
texnologiyanı mümkün olan bütün sahələrə tətbiq edir. Şirkət hələ bir neçə il
bundan öncə pərakəndə satış komandasını avtomatlaşdırılmış sistem ilə əvəz etməyə
başlamışdı.
Linki kopyala
Həftənin xəbərləri
Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib