main-post-cover

    Amazon şirkəti kassalarsız mağaza texnologiyalarını digər riteylerlərə satmağa başlayıb

    Elm & Texnologiya
    10.03.2020
    Farid Pardashunas
        Amazon şirkəti kassalarsız mağazalar üçün nəzərdə tutulmuş texnologiyalarını digər riteylerlərə satış layihəsinə start verib. Layihə Just Walk Out adlanır. Bu barədə Reuters saytı xəbər verib. Məlumata əsasən şirkətin artıq bir sıra müştəriləri var. Lakin Amazon həmin müştərilərin adlarını və onlarla qəbul edilmiş maliyyə şərtlərini açıqlamır. Qeyd etmək lazımdır ki, Amazon şirkəti kassalara sahib olmayan və tamamilə avtonom rejimdə çalışan birinci Amazon Go mağazasını 2018-ci ildə istifadəyə vermişdi. Hal hazırda şirkət 20-dən çox belə mağazaya sahibdir.
        Mağazaya daxil olmaq üçün istifadəçi öz smartfonunda Amazon tətbiqini işə salaraq mağazanın girişində olan terminalda QR şifrəni skan etməlidir. Daha sonra istifadəçi mağazadakı olan məhsulları rahatlıqla səbətinə yerləşdirə bilər. Mağazanın sahib olduğu sistem istifadəçi tərəfindən götürülmüş məhsulları avtomatik təyin edir və onun vəsaitini Amazon tətbiqinə qoşulu olan bank kartı hesabından çıxır. Keçən ilin aprel ayında şirkət Amazon Go mağazalarında nağd ödənişin reallaşdırılmasını söz vermişdi.
        Amazon əməkdaşlıq etdiyi riteylerlərə mağazaya giriş üçün nəzərdə tutulmuş digər sistemi təklif edir. Belə ki, istfadəçi mağazaya daxil olmaq üçün mağazanın önündə olan terminala bank kartını toxundurmalıdır. Bu halda istifadəçi tərəfindən əldə edilmiş hər bir məhsul giriş zamanı yaradılan virtual səbətə əlavə edilir. Məhsulların ümumi vəsaitləri isə istifadəçinin giriş zamanı toxundurduğu bank kartının hesabından çıxılır. Qəbzi əldə etmək üçün isə istifadəçi mağazada öz elektron poçt ünvanını yerləşdirməli olacaq.
        Beləliklə Amazon partnyorlarının mağazalarında edilmiş hər bir alış-veriş üzrə hesabat həmin elektron poçt ünvanına göndəriləcək. Qeyd etmək lazımdır ki, partnyorlara sözügedən texnologiyanın satışı zamanı komplektə həmçinin Amazon Web Services bulud platforması, mağazanın tavanı və rəfləri üçün kameralar da daxildir. Onları həm yeni mağazaya həm də yenidənqurma işlərindən sonra köhnə mağazaya da yerləşdirmək olar. Mağazanın girişində olacaq terminalların üzərlərində “Amazon-dan Just Walk On texnologiyası” yazısı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər