main-post-cover

    Amazon şirkəti naqilsiz Apple Airpods qulaqlığının potensial rəqibi üzərində çalışır

    05.04.2019
    Farid Pardashunas
        Görünür, Amazon şirkəti elektron kitab oxumaq üçün və ağıllı evlər üçün cihazlardan başqa naqilsiz qulaqlıqların da istehsalını reallaşdırmaq fikrinə düşüb. Belə ki, Bloomberg saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən şirkət naqilsiz AirPods qulaqlıqlarının potensial rəqibini hazırlayır. Bu barədə Gagadget saytı xəbər verib. Çox güman ki, Amazon şirkəti tərəfindən hazırlanan naqilsiz qulaqlıqlar da xüsusi keysə və musiqinin idarəolunması üçün sensorlu idarəetmə panelinə sahib olacaqlar.

        Məlumatda qeyd olunub ki, şirkət əsas diqqəti qulaqlıqlarda olacaq səs keyfiyyətinə ayırır. Bununla yanaşı Amazon şirkətinin digər məhsulları kimi naqilsiz qulaqlıqlar da Alexa səsli köməkçisini dəstəkləyəcəklər. Gözləntilərə əsasən Amazon şirkətinin naqilsiz qulaqlıqları iki rəng variantında satışa çıxacaq: Boz və qara. Qulaqlıqların nə zaman təqdim olunacağı barəsində heç bir məlumat yoxdur. Hələki qulaqlıqlar şirkət laboratoriyasında test mərhələlərindən keçirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər