Amazon şirkəti öz işçilərinin işdən azad etmə prosesini alqoritmlərə həvalə edib

Amazon şirkəti öz işçilərinin işdən azad etmə prosesini alqoritmlərə həvalə edib

Texnologiya
29.06.2021 PAYLAŞIM

    Amazon şirkəti təkcə anbarlarındakı işçilərin deyil həmçinin öz əməkdaşların və hətta çatdırılma prosesini reallaşdıran partnyorların idarəsində də alqoritmlərdən istifadə edir. Bu barədə Bloomberg saytı xəbər verib. Şirkətin strategiyası ilə yaxından tanış olan mənbələrin verdikləri məlumata əsasən Amazon-un CEO-su Jeff Bezos alqoritmlərin insanlardan daha tez və dəqiq qərar verdiklərinə inanır. Bu isə öz növbəsində xərcləri azaldır və rəqabətdə üstünlüklər verir. Amazon 2015-ci ildə Amazon Flex proqramını işə salmışdı.

    Bu proqram çərçivəsində şirkət avtomobil sahiblərinə çatdırılma xidmətinə görə hər saat üçün 25$  ödəyir. Lakin sürücülər sözügedən proqram üçün qeydiyyatdan keçdikdən sonra onların aktivliklərini xüsusi alqoritmlər izləyirlər. Həmin alqoritmlər sürücünün bağlamanı vaxtında çatdırıb-çatdırmağını, bağlamanı birbaşa sahibinə verdiyini və ya qapının ağzında qoyduğunu analiz edirlər. Alqoritmlər bütün bu faktorlar əsasında əldə olunmuş məlumatları analiz edərək hansı sürücülərin daha çox sifariş qəbul edəcəklərini, hansı sürücülərin isə işdən azad ediləcəklərini təyin edirlər.


Bloomberg öz növbəsində Amazon Flex proqramında çalışan 15 sürücü arasında sorğu aparıb. Sorğuda iştirak etmiş 15 sürücüdən 4-nün verdiyi məlumata əsasən onları səhv ucbatından işdən azad ediblər.

    Şirkətin keçmiş menecerlərinin sözlərinə əsasən bu sistem sürücülərin real iş şərtlərinə adaptasiya ola bilməyib. Onların bildiriblər ki, şirkət öz alqoritmlərinin səhvlər buraxdıqlarından xəbərdardır. Lakin şirkət üçün ən asan yol məhz həmin alqoritmlərə güvənməkdir. Belə ki, səhv nəticəsində baş vermiş qovulmanın araşdırılması əlavə xərclər tələb edir. Bununla yanaşı sürücüləri əvəzləmək elə də çətin deyil. Məsələn sürücülərdən birinin sözlərinə əsasən Amazon ona yaşayış kompleksləri üçün nəzərdə tutulmuş bir sıra bağlama çatdırılmasını həvalə etmişdi. Lakin həmin yaşayış komplekslərinin qapıları bağlı halda olublar. Amazon Flex proqramında çalışan sürücülərin əksəriyyəti bu problemdən şikayətçi olur.

    Digər bir halda isə sürücü bağlamanı xətalı postamata (kiçik bağlamaların göndərilməsi və qəbulu üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış poçt stansiyası) yerləşdirə bilmədiyi üçün şirkətin dəstək xidməti həmin bağlamanı geri qaytarmaq təlimatını vermişdi. Lakin sürücünün iş prosesinin analizini aparmış alqoritm bu vəziyyəti qayda pozuntusu kimi qeydə almışdı və sürücünün reytinqini aşağı salmışdı. Bir neçə həftədən sonra isə sürücü xüsusi məktub əldə etmişdi və həmin məktubda qeyd edilmişdi ki, onun reytinqi lazımi səviyyədən aşağı düşüb və bu səbəblə onun çatdırılma proqramında çalışması imkanı ləğv edilib.

    AppAnnie adlı analitik şirkətin məlumatına əsasən bütün dünyada 4 milyona yaxın sürücü Amazon Flex tətbiqini yükləyib. Təkcə ABŞ-da sözügedən tətbiqi 2.9 milyon sürücü yükləyib. Amazon şirkətinin mətbuat katibi pis rəftar və haqsız yerə qovulma hallarını gülünc adlandırıb. Belə ki, bu faktorlar əksər Amazon Flex sürücüsünün təcrübəsini əks etdirmir. Flex tətbiqi ilə yaxından tanış olan Amazon işçiləri arasında aparılmış sorğuya əsasən sürücülərin 95%-i çatdırılma prosesini vaxtı-vaxtında yerinə yetirir. Yerdə qalan yalnız 5% bu məsələdə problemlə qarşılaşır. İşçilər şikayət edirlər ki, sistem GPS vasitəsilə çatdırılma vaxtını hesablasa da, hava şəraiti və digər faktorları nəzərə almır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..


Apple şirkəti yüksək performanslı yeni M1 Pro və M1 Max prosessorlarını təqdim e..

Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkət..


Yeni Apple M1 prosessorlarına sahib MacBook Pro (2021) noutbukları təqdim olunub..

Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki ve..


Yeni naqilsiz Apple AirPods 3 qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Apple şirkəti öz təqdimat tədbiri çərçivəsində ilk yeni məhsulu olan naqilsiz AirPods 3 qulaqlıqları..

×