Amazon şirkəti satılmamış məhsulları xeyriyyə təşkilatlarına bağışlayacaq

Amazon şirkəti satılmamış məhsulları xeyriyyə təşkilatlarına bağışlayacaq

Texnologiya
15.08.2019 0 PAYLAŞIM

    Gələn ayın 1-dən başlayaraq Amazon şirkəti ABŞ-dakı və İngiltərədəki anbarlarında olan satılmamış və alıcılar tərəfindən geri qaytarılmış məhsulları xeyriyyə təşkilatlarına bağışlayacaq. Daha əvvəllər şirkət bu cür məhsulları məhv edirdi. Məlumata sasən təkcə Fransada şirkət hər il 3 milyon məhsulu yenidən emal edir. Bu barədə Vc.ru saytı xəbər verib. Şirkət standart olaraq bu yeni təşəbbüsə satılmamış məhsulların yenidən emal edilməsi razılaşmasına sahib bütün satıcıları daxil edib.

    İstəyə uyğun olaraq partnyorlar bu təşəbbüsdə iştirakdan imtina edə bilərlər. ABŞ-da sözügedən məhsulları Good360, İngiltərədə isə Newlife, Salvation ArmyBarnardo’s adlı xeyriyyə təşkilatları əldə edəcəklər. The Verge saytının məlumatlarına əsasən satılmamış məhsulların xeyriyyə təşkilatlarına verilməsi satıcılara məhsulların emal olunması qiymətində başa gələcək. Yəni 0.15$. Bununla belə, məhsulların geri qaytarılmasının qiyməti isə 0.50$ təşkil edir.

    Bu ilin yanvar ayında Fransanın M6 adlı telekanalının mənbələri bildirmişdilər ki, Amazon şirkəti 2018-ci ilin aprel ayından bəri Şalon-sür-Son şəhərinin bölüşdürülmüş mərkəzlərindən birində 293.000-dən çox məhsulu emal edib. Şirkət həmin məhsulları yandıraraq və ya böyük tullantı yerlərinə göndərərk onlardan qurtulur. Həmin vaxtda Fransanın ekoloji dəyişikliklər nazirliyinin dövlət katibi Brune Poirson bildirmişdi ki, nazirlik hələ istifadəsi mümkün olan məhsulların atılmasını qadağan etməyi planlaşdırır. Əks halda Amazon şirkətini cərimələr gözləyir. Fransa parlamenti bu təşəbbüsün müzakirəsinə hələ başlamayıb.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Google, Android R (11)-i Pixel 4 telefonunda test edir: Geekbench nəticələri

Google, artıq Android 11-i Pixel 4 cihazlarında testlərinə başlayıb. Geekbench nəticələri ortaya çıx..


PlayStation 5-in video kartının gücü açıqlandı: Konsol çox güclü olacaq..

Sony şirkətinin PlayStation 5 konsolunda istifadə etdiyi video kartın gücü rəsmi olaraq açıqlandı. R..


Windows 10 Android cihazlar arasında sürətli fayl mübadiləsi funksiyasını əldə e..

Windows 10-un sahib olduğu Your Phone tətbiqi yaxın zamanda Windows, iOS və Android əməliyyat sistem..


Qatlana bilən ekranlı iPhone üçün konsept video hazırlandı (VİDEO)

Qatlana bilən ekrana malik iPhone olsaydı necə dizayna malik olardı? Anlaşılan bu suala cavab verild..


Pocophone F2 Lite smartfon modelinin real fotoları ortaya çıxdı

Poco brendinin Xiaomi-dən ayrılaraq müstəqil brendə çevrilməsindən sonra internetdə sözügedən brendi..


Crew Dragon-un təhlükəsizlik sistemlərini yoxlamaq üçün SpaceX Falcon 9-u göydə ..

SpaceX şirkəti NASA ilə birlikdə Crew Dragon kosmik gəmisinin test uçuşunu keçirdib.