main-post-cover

    AMD, Amazon-da ən çox satılan 10 prosessor siyahısında bütün yerlərin sahibi oldu

    Elm & Texnologiya
    07.01.2020
    Nijat Hamid
            AMD şirkəti rəqibi İntel-ə nəzərən 2019-u çox yaxşı nəticələr ilə bağlıdı. Ciddi satış rəqəmləri əldə edən şirkət bir çox notbukdesktop pc markaları ilə də yeni müqavilələr imzaladı. Bu səfər isə yayımlanan məlumatlara görə onlayn ticarət platforması olan Amazon-da ən çox satılan 10 prosessor siyahısında AMD rəqibi İntel-i keçib.

    Amazon-da ən çox satılan 10 prosessorun 10-u da AMD Ryzen-dir. Şirkətin hissə sənədlərinin dəyəri 2 dollardan 48 dollara artıb.

            
    Şəkildən də göründüyü kimi 10-luğun hamsını AMD prosessorlar tutub. Ümumi siyahı isə aşağıdadır:
    • AMD RYzen 5 2600

    • AMD Ryzen 7 2700X

    • AMD Ryzen 9 3950X

    • AMD Ryzen 5 1600

    • AMD Ryzen 7 2700

    • AMD Ryzen 9 3900X

    • AMD Ryzen 5 2600X

    • AMD Ryzen 5 3600

    • AMD Ryzen 5 3600X

    • AMD Ryzen 7 3700X

            Rəqabətdə AMD-nin önə çıxmasının əsas səbəbi rəqibi olan İntel-in prosessorlarının performasına nəzərən dəfələrlə baha satılması idi. AMD eyni, hətta daha yüksək performansı istifadəçilərə daha uyğun bir qiymətə vəd etdiyi üçün insanların da diqqəti İntel-dən uzaqlaşmağa başladı. Digər üstün cəhət isə AMD prosessorları ucuz qiymətlərinə baxmayaraq soyutma sistemlərini də prosessorlar ilə birliktə göndərməsidir. Qısaca siz İntel prosessor aldığınız zaman əlavə soyutma sistemi də almalı olduğunuz halda, AMD prosessor aldığınızda qutudan prosessordan əlavə soyutma sistemi də çıxır. 2020-ci il üçün rəqabətin daha da artması gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər