
AMD ilə Google Samsung-a yeni flaqman Exynos prosessorunun yaradılmasında yardımçı olacaqlar
Elm & Texnologiya
18.11.2022
Emil Nəcəfov
Heç kim üçün sirr deyil ki, Google Pixel smartfonlarında istifadə edilən Google Tensor prosessorlarının istehsalı ilə Samsung şirkəti məşğul olur. Lakin insayderlərin verdikləri məlumata əsasən artıq yaxın zamanda Google və AMD birgə Samsung-a Galaxy S smartfon seriyası üçün yeni Exynos prosessorunun hazırlanmasında yardımçı olacaqlar. Şirkətlərin birgə səyləri nəticəsində hazırlanacaq Exynos prosessorunun texniki özəllikləri barəsində bəzi məlumatlar verilib.
Beləliklə insayderlərin verdikləri məlumata əsasən yeni flaqman Exynos modeli “2+4+4” arxitekturası əsasında hazırlanacaq. Belə ki, prosessor Cortex-X seriyasına aid olan 2 ədəd yüksək performanslı nüvə, 4 ədəd performanslı nüvə və 4 ədəd enerji effektivliyi nüvəsi ilə təchiz olunacaq. Məlumatda qeyd edilib ki, bu Exynos prosessoru AMD-nın inteqrasiya edilmiş qrafikini əldə edəcək. Lakin bu mövzuda Google şirkətinin hansı rolu oynayacağı məlum deyil.
Lakin artıq Google Pixel smartfonlarında istifadə edilən Tensor prosessorlarından nəticə çıxardaraq Google şirkətinin yeni flaqman Exynos prosessorunda hansı rolu görəcəyini güman etmək olar. Tensor prosessorları faktiki olaraq Exynos prosessorlarıdır. Sadəcə olaraq Tensor prosessorları təkmilləşdirilmiş süni zəka funksiyalarına və Google şirkətinin fərdi neyron moduluna sahibdirlər. Ola bilər ki, Samsung-un gələcək flaqman Exynos modellərinə həmçinin bu cür köməkçi prosessor əlavə edilsin. Gözləntilərə əsasən sözügedən şirkətlərin birgə səyləri nəticəsində hazırlanacaq Exynos modeli 2025-ci ildə bazarda təqdim ediləcək.
Linki kopyala
Həftənin xəbərləri

