
AMD çiplərini artıq Samsung istehsal edəcək!
Elm & Texnologiya
07.05.2017
Farid
AMD’nin kompyuterlər və konsollar üçün yaratdığı prosessor və GPU’ların istehsalını bundan sonra Samsung’un da öz öhdəsinə götürəcəyi iddia olunub. Koreyalı Electronic Times’ın xəbərinə görə 2016-cı ildən etibarən Samsung AMD’ə aid çipləri 14 nm bazasında istehsal edəcək. Beləcə əvvəl AMD’ə aid olan, ancaq daha sonra Abu Dabi ATIC’ə satılan GlobalFoundries'lə yanaşı Samsung da istehsal anlamında açar rol oynayacaq. Əvvəlki çiplərə görə daha sürətli və enerji verimli Greenland GPU və Zen CPU kimi 14nm əməliyyat tələb edən çiplərin gecikmə olmadan istehsal olunacağı dəqiqləşib. Samsung bu saziş ilə Apple və NVIDIA’nın yanında güclü bir müştəri qazanması ilə gəlirlərində ciddi artım yaratmış olacaq. Cənubi Koreyalı nəhəngin 2016-cı ildə daha çox 10nm çipi bazara sürmək planları da var.
Paylaş
Bənzər xəbərlər