main-post-cover

    AMD, notbuklar üçün ən güclü prosessorları istehsal edir: Ryzen 7 4800 H vs İntel i7-9700K

    Elm & Texnologiya
    24.01.2020
    Nijat Hamid
            AMD şirkəti CES 2020 sərgisində yeni nəsil Ryzen 4000 ailəsi prosessorları təqdim etmişdi. Həmçinin bu prosessorların mobil versiyaları da notbuklar üçün hazır hala gətirilirdi. 2019-un sonunda hazırladığımız xəbərlərə əsasən, Dell, Asus kimi markalar artıq İntel əvəzinə AMD prosessorlar üçün müqavilələr imzalamağa başlamışdılar. Bu səfər isə AMD-nin yeni notbuk prosessorları desktop PC prosessorlarından daha güclü olacaq kimi görünür.

    Yeni Ryzen 7 4800H notbuk prosessoru testlərdə PC-lərdə istifadə olunan İntel i7-9700K prosessorundan daha güclü performans göstərir.

            
    Yeni nəsil Ryzen 4000 prosessorları Zen 27 nm istehsalat arxitekturasında olduğuna görə daha güclü və daha az enerji sərf edən çipsetlər oldu. U Seriyası AMD prosessorlar (4800U) əsasən ultrabook (çox incə iş notbukları) tipli cihazlar üçün nəzərdə tutulub. Lakin 4800H seriyaları isə əsasən oyunlar və render kimi ağır əməliyyatlar üçün nəzərdə tutulan notbuklarda istifadə ediləcək. Şəkildən də göründüyü kimi yeni nəsil Ryzen 7 4800H prosessoru 39% daha güclüdür. Qeyd edək ki, Ryzen 7 4800H prosessoru 8 nüvə 16 iş parçacığına malikdir. 45 Watt güc dəyərinə malikdir. Standart tezliyi 2.9 Ghz olsa da, ağır yük altında bütün nüvələrdə 4.2- Ghz-ə qədər qalxa bilir. 
            İntel-in 10.nəsil prosessorlarından olan və notbuklar üçün nəzərdə tutulan i7-10750H modelinə nəzərən isə 14% daha çox performans göstərir. Yaxın zamanlarda AMD 4000 ailəsini ilk ASUS notbuklarda görəcəyik.
    Linki kopyala