main-post-cover

    AMD şirkəti dünyanın ən güclü superkompüterini anons etdi

    Elm & Texnologiya
    05.03.2020
    Farid Pardashunas
        AMD şirkəti El Capitan adlı superkompüteri anons edib. Superkompüterin hələ istifadəyə verilməməsinə baxmayaraq onu artıq dünyanın ən güclü superkompüteri hesab edirlər. Anons edilmiş yeni superkompüterin əsas özəllikləri sırasında AMD-nin yeni arxitektur əsasında hazırlanmış prosessorlardan və Radeon qrafik çiplərdən istifadə var. Bütün bunlar ona yüksək hesablama gücünü təmin edəcəklər. Bu barədə 4pda saytı xəbər verib. Sözügedən superkompüterin əsasında Zen 4 arxitekturası əsasında yaradılmış AMD EPYC Genoa prosessorları var.
        Qeyd etmək lazımdır ki, Zen 4 arxitekturası əsasında yaradılmış istehlakçı çipləri gələn il satışa çıxacaqlar. Hal hazırki mərhələdə isə AMD öz yeni nəsil çiplərini Zen 2 arxitekturası əsasında hazırlayır. Sözügedən superkompüter AMD şirkətinin ABŞ-ın energetika nazirliyinə məxsus olan Lourens Livermor adına milli laboratoriyası və HPE şirkəti ilə əməkdaşlığı çərçivəsində hazırlanır. 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılan El Capitan superkompüteri həmçinin Radeon Instinct hesablama sürətləndiricilərini də əldə edəcək.
        Superkompüterin hər bir qovşağı 1 CPU və 4 qrafik prosessordan ibarət olacaq. Superkompüterin hansı sayda qovşaqdan ibarət olacağı bilinmir. Nəticədə əldə olunacaq superkompüterin gözlənilən performans gücü 2 ekzoflops şəklində qiymətlndirilir. El Capitan nüvə təhülkəsizliyi üzrə milli administrasiyanın ölkənin nüvə ehtiyyatlarının qorunması və təhüləsizliyi tələblərinə uyğun olacaq. Bu superkompüterin hansı əməliyyatları yerinə yetirəcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər