Logo
    main-post-cover

    Amerikalı bloqqer öz Tesla Model S elektromobilini 3 ədəd reaktiv mühərrik ilə sürətləndirib (VİDEO)

    Elm & Texnologiya
    12.12.2021
    Farid
        Keçən il Elon Musk SpaceX-in reaktiv mühərriklərinə sahib Tesla Roadster idman elektromobilini təqdim edəcəyinə söz vermişdi. Lakin Warped Perception adlı Youtube kanalının müəllifi bunun nə zaman baş verəcəyini gözləmədən fərdi reaktiv elektromobilini düzəldib. Bunun üçün o özünün Tesla Model S elektromobilini 3 ədəd reaktiv mühərrik ilə təchiz edib. Bloqqer bildirib ki, onun reaktiv mühərrik sistemi 1 dədiqə ərzində 4.5-7 litr hidrodizel yanacağı yandırır. 3 ədəd reaktiv mühərrikə sahib elektromobilin ilk testi adi yolda reallaşdırılıb. 
        Bloqqer öz elektromobilinin arxasında hansısa digər avtomobilin olmadığına əmin olandan sonra reaktiv mühərrikləri işə salıb. Nəticədə onlardan biri sıradan çıxıb. Lakin buna baxmayaraq yerdə qalmış 2 reaktiv mühərrik də elektromobilin sürətlənməsinə yardımçı olub. Belə ki, 2 ədəd reaktiv mühərrik sayəsində elektromobil demək olar özünün elektromühərriklərini işə salmadan saatda 100 km sürətə çata bilib. Lakin 3 reaktiv mühərrikin istifadəsi öz növbəsində elektromobilin saatda 100 km sürət yığmasına sərf etdiyi zamanı 1 saniyə aşağı endirib.
    Paylaş
    Bənzər xəbərlər