Amerikalı milyarder ABŞ-da yeni texnoloji şəhər inşa etməyi planlaşdırır

Amerikalı milyarder ABŞ-da yeni texnoloji şəhər inşa etməyi planlaşdırır

Texnologiya
07.09.2021 PAYLAŞIM

    Marc Lore adlı amerikalı sahibkar və milyarder sıfırdan yeni şəhərin yaradılması planını açıqlayıb. Onun planında olan şəhərin adı isə Telosa-dır. Şəhərin konsepti Bjarke Ingels Group şirkəti tərəfindən hazırlanıb. Əgər nəticə etibarilə şəhər inşa edilsə, o, ABŞ-da yerləşəcək. Bununla yanaşı əgər hər şey plana uyğun getsə, ilk sakinlər Telosa şəhərinə artıq 2030-cu ilə kimi yerləşə biləcəklər. Marc Lore uğurlu biznesmen və keçmiş bankirdir. Onun əsas uğuru isə ondan ibarətdir ki, bir neçə il bundan öncə o, Jet.com adlı elektron kommersiya saytını Walmart şirkətinə 3.3 milyard dollara satmışdı. Öz bəyanatında Marc Lore bildirib ki, Telosa adlı yeni şəhər planı utopik bir layihə deyil. Buna baxmayaraq şəhər barəsindəki təsvirlərdə müəyyən utopik elementlər mövcuddur.


    “Məhdud sayda torpaq sahəsi mövcuddur və uzun illər ərzində bu torpaq sahəsinə çoxlu sayda insan namizəd olmağa çalışıb. Torpaq sahəsinə vergilərdən əldə olunmuş külli miqdarda dollarlar yatırılır. Bu səbəbdən də torpaq sahəsinin qiyməti müəyyən müddətdən sonra yüksəlir. Bu halda torpaq mülkiyyətçiləri nəsə istehsal etmək və ya riskə getmək məcburiyyətində qalmırlar. Faktiki olaraq torpaq sahəsini quraqlıq yerdən milyardlarla dollar dəyəri olan şəhərə çevirmək mümkündür” - deyə Marc Lore bildirib. Buna görə də milyarder ekvitizm adlandırdığı konsepsiyanı yaradıb. Əsas məqsəd 60.703 hektar əraziyə sahib böyük torpaq sahəsi alıb onu yerli icmaya verməkdir.

    Daha sonra həmin icma torpaq icarəsindən əldə olunan gəlirlərin demokratik idarəsini və vergiləri yüksəltmədən şəhər xidmətlərinin, təhsilin, səhiyyə sisteminin və s. kimi strukturların dəstəklənməsinin qiymətləndirilməsini reallaşdıracaq. Sözügedən şəhər planı barəsində məlumatlar hələ çox azdır. Lakin render fotolarda fermalara, müxtəlif yaşıllıqlarla zəngin binalara sahib Telosa şəhəri əks olunub. Müxtəlif yaşıllıqlarla zəngin olan binalar yüksək eneji effektivliyinə və müəyyən əlavə özəlliklərə sahib ola bilərlər. Buna misal olaraq Günəş batareyalarını və yağış suyunun yığılması üçün nəzərdə tutulmuş sistemləri gətirmək olar.

    Equitism Tower adlı böyük qüllə mərkəzi parkda yerləşəcək. Şəhərin nəqliyyat sisteminə gəldikdə isə bura velosipedlər, aşağı sürətlə hərəkət edən avtonom avtomobillər və hətta şaquli qalxış-eniş sisteminə sahib uçan taksilər də daxil ola bilərlər. Marc Lore-nin planına əsasən şəhər mərhələli şəkildə inşa ediləcək. İlkin mərhələ 25 milyard dollara başa gələcək və 607 hektar ərazidən ibarət olacaq. Şəhərin ilkin mərhələsində 50.000 insan yaşaya bilər. Lakin yekun üçün 5 milyon insanın bu şəhərdə yaşaması planlaşdırılır. Ümumilikdə bu cür şəhərin inşası 400 milyard dollar dəyərində qiymətləndirilir. Gözləntilərə əsasən maliyyələşdirmə prosesi investorlar, filantroplar, federal və dövlət qrantları hesabına reallaşdırılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..


Apple şirkətinin həmtəsisçisi Steve Wozniak özünün kosmik şirkətini yaradıb (VİD..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak fərdi kosmik şirkətini yaratdığını elan ed..

×