
Amerikalı şəxs, drone vasitəsilə Meksikadan ABŞ-a amfetamin keçirtmək istəyərkən yaxalandı
Elm & Texnologiya
23.08.2017
Drone-dan istifadə etmiş 25 yaşlı amerikalı Jorge Edwin Rivera, Meksikadan ABŞ-a 6 kq ağırlığında amfetamin narkotikini keçirdib.
Amerikalı sərhədçilər, göydə drone-nun uçduğunu görərək onu
izləyiblər və Jorge adlı şəxsin əsl niyyətini öyrəniblər. Belə ki, Jorge, həmin
drone-nu endirmək istəyəndə sərhədçilər onu yaxalayıblar. Dindirilmə əsnasında
məlum olub ki, San Dieqo-da yerləşən yanacaqdoldurma məntəqələrindən birindəki
digər şəxsə amfetamini çatdırmaq üçün Jorge-yə 1000$ ödəniş olunub. Bir neçə
yüz min dollar qiyməti olan narkotik vasitələri, Jorge, yemək qabına qoyaraq
onu drone-na yerləşdirib. Bundan əlavə olaraq Jorge etiraf edib ki, bu onun
6-cı belə işidir. Polisin verdiyi məlumata əsasən bu, DJI Matrice 600 Pro adlı
drone modeli idi. Onun qiyməti isə 5000$ təşkil edir. Narkotiklərlə mübarizə
şöbəsinin əməkdaşı öz növbəsində qeyd edib ki, drone-lar narkotik daşınmasında əlverişli
üsul deyil. Belə ki, onlar bir dəfəyə böyük miqdarda narkotik vasitələri daşıya
bilmirlər və yüksək səslə çalışırlar.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...