Amerikalı tələbələr büdcəli superkompüter hazırlayıblar

Amerikalı tələbələr büdcəli superkompüter hazırlayıblar

Texnologiya
17.11.2022 PAYLAŞIM

    Amerikalı tələbələr 16 ədəd NVIDIA Jetson Nano kompüteri əsasında kompkat ölçülü superkompüter yaradıblar. Tələbələrin əsas tapşırıqları süni zəka ilə çalışmaq üçün nəzərdə tutulmuş hesablama klasterinin yığılması prosesində tədris materialının mənimsənilməsi olub. Sözügedən layihənin reallaşdırılması üçün tələbələr kompakt ölçülü bir platalı NIVIDA Jetson kompüterindən istifadə ediblər. NVIDIA Jetson Nano 4 nüvəli ARM prosessordan (Cortex-A57), 128 nüvəli GPU-dan və 4 GB həcmində ümumi yaddaşdan ibarətdir.


    Nəticədə hazırlanmış kompakt ölçülü superkompüter 16 ədəd NVIDIA Jetson Nano-dan ibarət olub. Həmin cihazlar adi stolüstü kompüter keysinin ölçüsündə olan kastom (castom) keysin daxilinə yerləşdirilib. Əldə edilmiş superkompüterin daxilinə həmçinin enerji bloku, soyutma sistemi, kompüterin plataları ilə digər elementlərini bir-biriləri ilə birləşdirən 60 ədəd naqil yerləşdirilib. Bir ədəd Jetson Nano cihazı 472 giqaflops performans sərgiləyir və 100$ qiymətində satılır. Buna görə də tələbələrin hazırlamış olduqları superkompüter bir növ büdcəli superkompüter alınıb.

NVIDIA Jetson Nano:

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


MediaTek orta səviyyəli smartfonlar üçün Dimensity 8200 prosessorunu təqdim edib..

MediaTek şirkəti orta səviyyəyə aid edilən yüksək performanslı smartfonlar üçün nəzərdə tutulmuş Dim..


Apple şirkətinin ilk elektromobili barəsində yeni məlumatlar verilib

İnternetdə artıq dəfələrlə Apple şirkətinin Titan adlı layihəsi barəsində məlumatlar ortaya çıxıb...


OnePlus şirkəti öz ilk mexaniki klaviaturasını satışa çıxardacaq

OnePlus şirkəti Keychron brendi ilə əməkdaşlıq elan edib. Sözügedən əməkdaşlıq çərçivəsində şirkət m..


SpaceX dövlət qurumları üçün Starlink-in daha yüksək səviyyədə qorunan versiyası..

SpaceX şirkəti adi istifadəçiləri internet şəbəkəsi ilə Starlink brendi vasitəsilə təmin edir...


Apple şirkətinin ilk qarışıq reallıq cihazı bir qədər gec satışa çıxa bilər..

Məşhur analitik Ming-Chi Kuo-nun proqnozlarına əsasən Apple şirkətinin çoxdan gözlənilən qarışıq rea..


Yeni nəsil elektrikli yara bandı yaraları sürətlə sağaldır və onları daimi nəzar..

Stenford Universitetinin alimləri xroniki yaraların öhdəsindən gələ bilən “smart” yara bandı hazırla..

×