main-post-cover

    Analitik şirkət əyilə bilən Galaxy F smartfonu haqqında yeni məlumatlar verdi

    Elm & Texnologiya
    16.12.2018
    Farid Pardashunas
        CIMB adlı analitik şirkəti Samsung-un ilk əyilə bilən smartfon modeli barəsində yeni məlumatları verib. Smartfonun dəqiq adı hələ bilinmir. Lakin çox güman ki, o, Galaxy F adlanacaq. Beləliklə şirkətin verdiyi məlumata əsasən əyilə bilən smartfon Exynos 9820/Snapdragon 855 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş, 12 MP-lik ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. Şirkətin verdiyi məlumata əsasən smartfonun ən maraqlı özəlliyi isə ondan ibarət olacaq ki, o, iki ədəd batareyaya sahib olacaq. Onlardan biri 5000 mAh digəri isə 6000 mAh enerji tutumlu olacaq.

        Əslində bu heç də təəccüblü deyil. Belə ki, hər iki ekran və güclü prosessor külli miqdarda enerji sərf edəcək. Lakin bu cür smartfonun istehsalı da heç ucuz başa gəlməyəcək. Analitiklərin fikrincə Galaxy F-in istehsalı Galaxy S9+ modelinin istehsalından 70% daha baha olacaq. Həmçinin smartfonun komponentlərinin qiymətləri də baha olacaq. Məsələn Galaxy F-in ekranı Galaxy S9+ və iPhone XS Max modellərinin ekranlarından 3 dəfə baha olacaq. Analitiklər düşünürlər ki, bütün komponentlərin ümumi dəyəri 637$ təşkil edəcək. Bu baxımdan smartfonun 1600$ qiymətə satılacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər