Analitiklər elektromobillərin qiymətlərinin nə zaman düşəcəklərini açıqlayıblar

Analitiklər elektromobillərin qiymətlərinin nə zaman düşəcəklərini açıqlayıblar

Texnologiya
26.10.2020 PAYLAŞIM

    Analitiklərin hesablamalarına əsasən elektromobillərin nəqliyyat bazarındakı payı bu il 10% gələn il isə 15% təşkil edəcək. Hal hazırda elektromobillərin sürətli yayılmalarının əsas problemi onların bahalı qiymətə satılmalarıdır. Son proqnozlara əsasən yaxın zamanda elektromobillərin maya dəyərləri benzinlə çalışan adi avtomobillərin maya dəyərləri ilə eyni səviyyədə olacaq. Bu barədə The Guardian saytı xəbər verib. Elektromobillərin ən bahalı komponentləri məhz batareyalardır. Belə ki, elektromobilin yekun qiymətinin 25%-40%-ni məhz batareya təşkil edir.

    Gözləntilərə əsasən artıq 2022-ci ildə elektromobillərin maya dəyərləri ilə benzin vasitəsilə çalışan adi avtomobillərin maya dəyərləri arasındakı fərq 1900$ təşkil edəcək və 2024-cü ildə bu fərq ümumiyyətlə aradan qalxacaq. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, elektromobillər üçün nəzərdə tutulmuş batareyaların qiymətlərinin aşağı düşməsi gözlənilir. Belə ki, 2022-ci ildə 1 kilovatt saatın qiyməti 100$-dan aşağı düşəcək. Bu isə öz növbəsində 2025-ci ilə kimi elektromobillərin bazardakı paylarının 17%-ə, 2030-cu ilə kimi isə 40%-ə yüksələcəyinə şərait yaradacaq.


    Məlumata əsasən elektromobillərin istehsalat templərinin artmasına bir çox böyük şirkətlərin elektromühərriklərə keçid etmək istəmədikləri təsir göstərir. Bir tərəfdən həmin şirkətlərin bu cür mövqeləri iqtisadiyyat baxımından anlaşılandır. Belə ki, mövcud olan avtomobil modellərinin elektromühərriklərə keçid etmələri onların qiymətlərinin yüksəlməsinə gətirib çıxardacaq. Bundan əlavə olaraq daha bir problem ondan ibarətdir ki, hal hazırda batareya bazarını LG Panasonic kimi şirkətlər öz aralarında bölüşdürüblər. Bu isə rəqabətin aparılmasına münbit şərait yarada bilmir və buna görə də qiymətlərin sürətli şəkildə aşağı düşmələri mümkünsüzdür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..

×