main-post-cover

    Analitiklər: 'Elon Musk Tesla brendi altında elektrikli uçuş aparatı istehsal etməyi planlaşdırır'

    Elm & Texnologiya
    20.07.2021
    Emil Nəcəfov
        Görünür, Elon Musk yaxın gələcəkdə Tesla brendi altında təkcə elektromobil istehsal etmək niyyətində deyil. Belə ki, Morgan Stanley şirkətinin analitiklərinin verdikləri məlumata əsasən Elon Musk şaquli istiqamətdə qalxma və enmə özəlliyinə (eVTOL) sahib elektrikli uçuş aparatlarının istehsalı ilə məşğul olmağı planlaşdırır. Məlumata əsasən Tesla bunun üçün ayrıca bir şöbə yaradacaq və o, Tesla Aviation adlanacaq.

    “Biz etiraf etməliyik ki, indiyənə kimi Tesla şirkəti eVTOL tərz layihədə iştirakını təkzib edirdi. Tesla bizim yollarımızda, yeraltı tunellərdə və hətta Marsda olacaq. Bunları nəzərə alaraq o, səmada olmayacaq? Buna inanmaq çətindir” - deyə analitiklərin hesabatlarında qeyd edilib.

        Təəssüflər olsun ki, Tesla-nın elektrikləşdirilmiş uçuş aparatının nə zaman təqdim olunacağı və onun təqribi olaraq nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Morgan Stanley-nin bu məsələ ilə bağlı təqdim etmiş olduğu hesabatdan sonra Tesla şirkətinin səhmlərinin qiymətləri 900$ yüksəlib. Bununla yanaşı analitiklərin proqnozlarına əsasən 2050-ci ilə kimi eVTOL bazarı 9 trilyon dollar dəyərində olacaq.
    Linki kopyala