main-post-cover

    Analitiklər: 'iPhone dünyanın ən gəlirli smartfonudur'

    Elm & Texnologiya
    20.12.2019
    Farid Pardashunas
        Counterpoint Research analitik agentliyi smartfon istehsalçılarının satışlardan nə qədər vəsait əldə etdiklərini hesablayıblar. Beləliklə agentliyin verdiyi məlumata əsasən iPhone smartfon bazarındakı bütün cihazlardan daha gəlirli smartfondur. Bu barədə Digger.ru saytı xəbər verib. Beləliklə agentlik qeyd edib ki, Apple şirkətinin smartfon satışlarından əldə etdiyi gəlir 66% təşkil edir.
        Bu isə ümumilikdə Samsung, Huawei, OPPO, Xiaomi Vivo şirkətlərinin göstəricilərindən daha çoxdur. iPhone smartfonlarına ən çox üstünlük verənlər isə əsasən ABŞ, Avropa və Yaponiya istifadəçiləridir. Agentliyin reytinqində ikinci yeri Samsung şirkəti tutub. Şirkət smartfon satışlarından 17% gəlir əldə edir. Analitiklər qeyd ediblər ki, satış templərinin yüksəlməsinin əsas səbəbi Galaxy A seriyasının genişləndirilməsi və Galaxy Note 10 seriyasının uğurlu startıdır.
        Çindən olan brendlər isə satış regionlarının artmasına baxmayaraq smartfon satışlarından az gəlir əldə edirlər. Counterpoint Research qeyd edib ki, keçən ilin üçüncü rübü ilə müqayisədə bu ilin üçüncü rübündə qlobal smartfon gəlirləri 11% aşağı düşüb. Bu isə alıcıların daha çox orta seqmentli smartfonları seçmələri ilə əlaqədardır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər