main-post-cover

    Android 10 üzərində qurulan Bliss OS 12-nin test versiyası yayımlandı

    Elm & Texnologiya
    29.11.2019
    Nijat Hamid
            Bliss OS əməliyyat sistemi Android üzərində qurulan və komputerlərdə istifadə edilən açıq qaynaqlı bir sistemdir. Ən sonuncu versiya olan Bliss OS 12-nin test versiyası istifadəyə verildi. Linux və ya Windows dəstəkləyən istənilən komputerdə quraşdıraraq işlədə bilərsiniz. AOSP (Android Open Source Project) Android X86 proyektləri əsasında hazırlanan Bliss OS sistemi keçən aylarda Vulkan APİ dəstəyini də qazanmışdı.

    Bliss OS 12 əvvəlki versiyalara nəzərən daha yaxşı performans, daha az ram istifadəsi və daha optimallaşdırılmış batareya istifadəsini təmin edir. 

            Bliss OS 12 əməliyyat sistemi həmçinin ARM/ARM 64 tətbiqləri ilə də problemsiz işləyə bilir. Qeyd edək ki, hələki test versiyasında olduğu üçün tam stabil olmaya bilər. Hal-hazırda təkmilləşdirmə prosesləri davam edir. Bu versiya son 4-ildə satışa çıxan bütün ChromeBook, Linux/Windows planşet və komputerlərində işləyə bilir. Daha ətraflı məlumat üçün Xda-Forum platformasında Bliss OS səhifəsini oxuya bilərsiniz.
    Linki kopyala