Android 11-də 'Davamlı Yenilənmələr' məcburi olacaq

Android 11-də 'Davamlı Yenilənmələr' məcburi olacaq

Texnologiya
09.04.2020 PAYLAŞIM

        Bildiyiniz kimi Google hazırda Android 11 üzərində işləyir. Android 11-in kernel kodları üzərində işləyən tərtibatçılar bir funksiyanın artıq məcburi şəkildə istifadə ediləcəyini aşkarladılar. Bu funksiya 2016-də Google tərəfindən təqdim olunan Davamlı Yenilənmələr funksiyasıdır. Beləki, bu vaxta qədər bu funksiyanın telefonlara əlavə edilməsi smartfon istehsalçısının seçimindən aslı idi. İndi isə Google tərəfindən məcbur edilir.

 Davamlı Yenilənmələr funksiyası smartfonun android versiyasını yeniləyəndə sistemi A və B slotlarına bölərək istifadəçi məlumatlarını qorumağa xidmət edir.

Bənzər xəbər


        Qısaca belə izah edək ki, smartfonun əməliyyat sistemini yeniləyəndə Davamlı Yenilənmələr funksiyası səbəbilə smartfonun daxili yaddaşı iki ayrı hissəyə bölünür: AB slotu. Smartfon üzərində olan sistem A slotunda işləyərkən, yüklədiyiniz yenilənmə B slotuna quraşdırılır. Siz smartfonu söndürüb yandırdığınız zaman isə smartfon artıq A slotundan yox, yenilənmiş B slotundan istifadə edir. Əgər yüklədiyiniz yenilənmə problemlidisə, sistem təkrar A slotunu istifadə etməyə başlayır. Beləliklə həm istifadəçi məlumatları qorunur, həm də şirkətlər xətalar olan yenilənmə göndərsə belə smartfonda olan Android sistemi problemsiz şəkildə işləyə bilir. 

        İndi isə artıq Google, smartfon istehsalçılarından tələb edir ki, Android 11 olan bütün smartfonlarda bu funksiya olmalıdır. Əgər olmasa, smartfonu istehsal edən şirkət Android 11 yenilənməsindən istifadə edə bilməyəcək. Google icazə verməyəcək. Bizim fikrimizcə çox yararlı bir yenilikdir və smartfonlarda mütləq olmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

AMD şirkəti 10.nəsil Intel prosessorlarına yeni rəqiblər satışa çıxarır. Yeni Ryzen prosessorları tə..


Google axtarış sistemində dəyişiklik: Bu saytlar axtarış nəticələrində önə çıxac..

Google axtarış sistemi yaxın zamanda axtarış nəticələrində səhifələrin seçimi alqoritmində dəyişikli..


Linux-un atası Linus Torvalds illər sonra AMD prosessora keçdi: Niyə?

Linux əməliyyat sisteminin atası kimi tanınan Linus Torvalds illər sonra Intel prosessorlardan AMD-ə..


Samsung, Dual Pixel və Tetracell texnologiyalarını birləşdirən kamera sensorunun..

Samsung şirkəti Dual Pixel və Tetracell texnologiyalarını birləşdirən kamera sensorunun istehsalına ..


Sabrent şirkəti dünyanın ilk 8 TB həcmində olan SSD-sini təqdim etdi

Sabrent şirkəti dünyanın ilk 8 TB həcmində olan M.2 SSD-sini təqdim etdi.


Dünyanın ilk 8K keyfiyyətli holoqrafik 3D ekranı təqdim olunub (VİDEO)

4K keyfiyyətli ekranlar hələ təzə-təzə məşhurlaşmağa başlayırlar. Lakin istehsalçılar artıq 4K-dan d..

×