main-post-cover

    Android 11 əməliyyat sistemi istifadəçiləri mikrofon və kameraların izlənməsindən qoruyacaq

    Elm & Texnologiya
    26.03.2020
    Farid Pardashunas
        Google tərtibatçıları mütəmadi şəkildə Android əməliyyat sisteminin təkcə interfeysini deyil həmçinin təhlükəsizlik sistemini də təkmilləşdirirlər. Beləliklə Android 11-in tərtibatçılar üçün nəzərdə tutulmuş versiyasının kodunda aşkar edilmiş yeni funksiya istifadəçi məlumatlarının oğurlanması üçün smartfonun mikrofon və kameralarından istifadə edən casus tətbiqlərin qarşısını almağa imkan verəcək. Bu barədə Phonearena saytı xəbər verib.
        Android 10-da əsas yeniliklərdən biri bu idi ki, istifadəçi sistem ayarlarında geolokasiya məlumatlarının hansı tətbiqlərə veriləcəyini təyin edə bilirdi. Məsələn istifadəçi hansısa tətbiqdən yalnız istifadə zamanı həmin tətbiqin geolokasiya məlumatlarını əldə etməsini təmin etmək olurdu. Bu halda tətbiqin fon rejimində həmin məlumatları əldə etməsi deaktiv edilirdi.
        İnsayderlərin verdikləri məlumatlara əsasən Android 11 əməliyyat sistemində bu cür sistem həmçinin smartfonun mikforon və kameraları üçün də reallaşdırılacaq. Beləliklə istifadəçi yalnız tətbiqdən istifadə özəlliyini seçməklə fon rejimində kameralar ilə mikrofonların onu izləmələrinin qarşısını ala biləcək. Gözləntilərə əsasən bu cür özəllik istifadəçilərin konfidensial məlumatlarının reklam agentliklərinin əllərinə düşməsinin və həmçinin bir çox casus tətbiqlərin də qarşısını almağa imkan verəcək.. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər