main-post-cover

    Android 11 ilə birliktə 4 GB video çəkiliş limiti aradan qalxacaq

    Elm & Texnologiya
    27.12.2019
    Nijat Hamid
            Google şirkəti Android 10-u Avqust ayında təqdim etmiş, Sentyabrda isə stabil şəkildə buraxmışdı. Tərtibatçılar vaxt itirmədən Android 11 üzərində işləməyə başladılar. Bu gün aşkarlanan məlumatlara əsasən tərtibatçılar Android 11 ilə birliktə video çəkiliş limitini aradan qaldırmağı planlayırlar.

    Android 11-də istifadəçilər həcmi 4 Gb-dan çox olan videolar çəkə biləcəklər.

            Android əməliyyat sistemində yaddaşı çox doldurmamaq üçün video çəkilişlərə limit qoyulub. Yəni telefonun kamerası ilə çəkdiyiniz video-nun həcmi 4 Gb-a çatanda yaddaşda yer olsa belə çəkiliş dayanır. Nəzərə alsaq ki, müasir telefonlarda yaddaş tutumları 128 Gb, 256 və hətta 512 Gb-ə qədər artırılıb, bu səbəbdən bu limitin olmağı artıq mənasızdır. Bu cür düşünən Google Android tərtibatçıları bu limiti aradan qaldırmağı düşünürlər. 
            Android əməliyyat sistemində video çəkilişi üçün 2 əsas tətbiq paketindən istifadə olunur: MediaMuxer və MPEG4Writer paketləri. Aşkarlanan məlumatlara görə tərtibatçılar bu işə bir əl atıblar və paketləri yeniləyiblər. Beləliklə həcmi 4 Gb-dan böyük videolar çəkmək artıq mümkün olacaq. Hətta Google tərtibatçı komandası bir test edərək 32 gb həcmində video çəkiliş ediblər. Android 11-in stabil versiyasında bu funksiya istifadəçilərə təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər