Android`dən iOS`a keçən bir gəncin manifesti

Android`dən iOS`a keçən bir gəncin manifesti

Texnologiya
01.10.2017 PAYLAŞIM

Hal hazırda mobil telefonlar üçün bir neçə əməliyyat sistemi olsa da, dominatlıq edən əsas 3 əməliyyat sistemi var: Android OS, iOS və Windows OS. Hər 3 əməliyyat sisteminin öz funksiyaları, öz xüsusiyyətləri, öz fərqlilikləri və cihazlar üçün optimizasiya üsulları vardır. Bu isə telefon istehçılarından asılı olaraq yaxşı və yap is ola bilər. Mobil telefonlar dünyasına onlara özəl əməliyyat sistemi gəldikdən sonra istifadəçilər arasında da fikir ayrılıqları və özlərinə görə haqlı iddiaları yaranmağa başladı.

Qısa olaraq əməliyyat sistemlərinin yaranma tarixi haqqında məlumat verək. llk əməliyyat sistemi 1996-cı ildə Palm OS ilə elan olundu və uzun bir marafonun başlanğıcı qoyuldu. Bundan 3 il sonra 1999-cu ildə Nokia özünün S40 əməliyyat sistemini Nokia 7110 ilə təqdim etdi. 2002-ci ildə isə Microsoft şirkəti özünün Windows CE mobil cihazlarını elan etdi. 2005-ci ildə Nokia şirkəti yeni əməliyyat sistemi Meomo əməliyyat sistemini özünün planşeti olan N770 ilə təqdim etdi. Və nəhayət əməliyyat sistemlərində yeni bir dövr başladan iOS 2007-ci ildə təqdim olundu, bundan 1 il sonra isə Android əməliyyat sistemi də mobil bazar üçün hazırlandı. Bundan sonra da əməliyyat sistemlərinin ardı arası kəsilmədi. (Növbəti məqaləmizdə bu mövzuya toxunacağıq)


Bu məqaləni yazmamışdan əvvəl məzmuna bir ad vermək üçün çox düşündüm. Çünki iki əməliyyat sistemini yoxlayıb onlara adaptasiya olmaq bir qədər vaxt alır. Sonda isə bu təcrübədən yaranan period ilə bağlı yazacağı üçün bu adı daha məqbul gördüm. Ümid edirəm, məqalə maraqlı olar və əməliyyat sistemini dəyişmək istəyənlər üçün bir təlimat rəhbəri olar.

İlk olaraq onu qeyd edim ki, mən uzun müddət Android istifadəçisi olmuşam və Android “fanatı” olaraq Apple firmasının iOS əməliyyat sisteminə qarşı həmişə neqativ “stereotiplərim” olub. Ümumiyyətlə, Android istifadə etdiyim üçün araşdırmalara çox meyilli idim. Bir telefonda onun parametrləri mənim üçün çox önəmli deyildi. Bu cihazla nə etdiyim və nə edəcəklərim önəmli idi. Android əməliyyat sistemi açıq kod qaynaqlı sistemdir və istifadəçilər üçün sonsuz özəlləşdirmə imkanları yaradır. Bunlara müxtəlif məzmunlar, xüsusi özəlliklər əlavə olunmuş Android əməliyyat sistemləri, ikonları dəyişdirmə, font əlavə etmə, normal əməliyyat sistemində olmayan, lakin istifadəçilərin arzuladığı bir çox özəlliklər və sair daxildir. Bir çox Android istifadəçiləri bu sadalananları daha effektiv istifadə edirlər. İlk əldə etdiyim Android cihazı Sony Xperia SP modeli idi və telefon mənə Android 4.3 versiyası ilə gəlmişdi. Təbii ki, o dönəm artıq Kitkat versiyası mövcud idi və mən bir müddət sonra telefonu “root” edərək həmin sistemi yükləyə bilmişdim. Etdiyim dəyişikliklər bununla bitmirdi, cihaza özündə mövcud olmayan bir çox font əlavə edib müəyyən müddət aralığı ilə dəyişərək istifadə edirdim. Yazdığım dəyişdirilmiş (modified) sistemlərdən birində “dock” funksiyası vardı ki, telefonun kənarlarından sürüşdürmə əməliyyatı etməklə müəyyən proqramların qısayollarına daxil ola bilirdim. Bu mənim əməliyyat sürətimi daha da artırmışdı. Android istifadə edərkən etdiklərim bununla sərhədlənmirdi, daha çox və telefona quraşdırılması təhlükəli olan bir çox əməliyyat etmişdim. Android fanatı olmağıma səbəb də bu idi, azad seçim vardı, telefonumu istədiyim kimi idarə edirdim və istədiyim bütün funksiyalara nail olurdum. Amma qeyd etmək lazımdır ki, bu əməliyyatları edərkən sizin məlumatlarınızın təhlükəsizliyi təmin olunmaya bilər. Yüklənən sistemin telefondan çəkdiyi məlumatlar yanlış əllərə gedə bilər. Amma bu tip hallar çox az hallarda baş verir. Təbii ki, Android cihazlarda etdiyiniz bir çox əməliyyatlar üçün cihazın göstəriciləri də önəmlidi, lakin mən cihazların göstəricilərini müqayisə etmək fikrində deyiləm. Son Android cihazım Sony Xperia Z1 Compact modeli olmuşdu. Bu telefon kifayət qədər güclü telefon idi, özünün batareya ömrü, prosessor sürəti, RAM idarəsi ilə uzun müddət heç bir performans əskikliyi yaşatmamışdı. Telefonu “root” etməmişdim, lakin Androidin mənə verdiyi imkanlardan da geniş istifadə edirdim. Mobil cihaz üçün tək etdiyim əməliyyat “slow motion” (ağır çəkim) rejimi idi. Bu rejim Sony modellərində Z2 və daha üst modellərlə gəlmişdi, baxmayaraq ki, Z1 Compact modelinin mikrosxeması Z2 ilə demək olar ki eyni idi. Telefon Android 5.1.1 Lollipop əməliyyat sistemində çalışırdı və heç bir ləngimə belə yox idi. Telefonu istifadə etdiyim müddətdə Android 7.0 Nougat əməliyyat sistemi mövcud olan dəyişdirilmiş sistemlər də mövcud idi. Lakin mən Sony firmasının kamerasını və funksiyalarını sevdiyim üçün cihazıma yeni sistem yazmırdım. Həmçinin root da etmədiyim üçün özümü 1 növ iPhone modeli istifadə etməyə hazırlayırdım.

Sony Xperia Z1 Compact modelini iOS 10.3.3 versiyasında işləyən iPhone 5S modelinə dəyişdim. Hər iki modelin çıxış tarixi yaxın olduğu üçün demək olar ki, eyni göstəricilərə sahib performansa sahibdirlər. Hər iki model bir birini bəzi detallarda üstələyir, amma bunlara toxunmaq istəmirəm. İlk dəfə əlinizə iPhone cihazı aldıqda onu sevməyə bilərsiniz və bir müddət sonra Android cihaza geri dönmək istəyə bilərsiniz. Bu normal haldır. Çünki hər iki əməliyyat sisteminin kifayət qədər fərqli olduğunu iPhone istifadə etdikdən sonra daha yaxşı anladım. Burada artıq telefonun özəlləşdirilməsi və məhz sizə necə məxsus olmasının önəmi ortaya çıxır. iOS cihazda fərqinə vardığım ən önəmli xüsusiyyət Apple şirkətinin sizə verdiyi dəyər və sizi daha da özəl hiss etdirməsidir. Bunu belə izah edək. Özünüzün istifadə etdiyiniz iOS cihazla dostunuzun və ya hər hansı birinin istifadə etdiyi iOS cihaz arasında çox fərq var, baxmayaraq ki, eyni model və əməliyyat sistemindən söz gedir. Öz mobil cihazınızı əlinizə aldıqda telefonun sanki həqiqətən yalnız sizə aid olması və bu cihazdan sizdən başqa kimsədə olmaması hissini Apple çox gözəl təmin edir. Android cihazlarımı nə qədər istədiyim kimi özəlləşdirsəm də, hal hazırda iPhone cihazımı əlimə aldıqda mənə verdiyi bu hissləri o telefonlarda yaşamamışdım. Burada bir haşiyə açaraq da qeyd edim ki, deməli Apple sadəcə cihaz deyil, həm də servis və keyfiyyət satır. iOS Android kimi açıq qaynaqlı deyil, amma Android`də olduğu kimi iOS cihazlarda da “jailbreak” adlı əməliyyatla istədiyiniz hər şeyə sahib ola bilərsiniz. iOS sisteminin cihaz üçün optimizasiyası sahib olduğum Android cihazdan daha yaxşıdır. Heç bir halda hər hansısa proqramdan “crushed” bildirişini ala bilmərsiniz. Sistemin dizaynı isə ən sevdiyim cəhətidir və Android`i tərk etməyimə səbəblərdən biri də budur. İstər daxili proqramlar, istərsə də mağazadan yüklənən bütün proqramlar eleqant görünüşə sahibdir. Android üçün yazılmış proqramlarla iOS üçün yazılmış proqramların interfeysini və optimizasiyasını qarşılaşdırsaq, iPhone modelləri daha üstün olar. Amma bu o demək deyil ki, Android üçün yazılmış proqramların interfeysində heç bir çalışma olmur. iOS cihazda sevdiyim digər özəlliklərdən biri də arxa planda işləyən proqramlara özümün qərar verməyimdir. Android cihazlarda bunun qarşısını almaq olmur və sistem siz bağlasanız belə proqramı arxa planda yenidən açaraq aktiv hala gətirir. iOS cihazda isə tənzimləmələr bölümündə arxa plan proqramlarının işləməsinə icazə verən bölmə mövcuddur və buradan siz istədiyiniz proqrama işləməsi üçün icazə verirsiniz. Bu həm də telefonun enerji saxlama müddətinin də daha uzun olmasına şərait yaradır. Eyni zamanda buna bənzər funksiyalardan biri də mobil internet istifadəsi zamanı mobil internetdən hansı proqramların istifadə edilməsini tənzimləyə bilməkdir. Android cihazlarda mobil internet aktiv etdikdə proqramların demək olar ki, hamısı arxa planda internet vasitəsilə yenilənir və mobil data`nın bitməsinə bir növ səbəb olur. Lakin iOS cihazda bunu idarə etmək üçün bir mexanizma vardır və siz istəmədiyiniz müddətcə həmin proqram internetdən istifadə edə bilmir.

Bu sadaladıqlarım sadəcə bütün özəlliklərin kiçik bir hissəsi idi. Məqaləni qısa xülasə ilə bitirmək istəyirəm. Uzun illərdir hər iki əməliyyat sistemi arasında bir rəqabət və “müharibə” var. Bu bitməyəcək, bitməməlidir. Çünki davamlı inkişafın yolu rəqabətdən keçir. Android`in verdiyi bəzi imkanları iOS vermir, bu çox doğru fikirdir. Lakin iOS`un verdiyi xidməti də Android verə bilmir (məsələn təhlükəsizlik). Hər iki sistemin öz gözəlliyi, müsbət və mənfi cəhətləri var. Ancaq telefonunda özünə məxsusluq, keyfiyyət, üst səviyyə təhlükəsizlik və sadəlik istəyənlərin seçimi iOS`dur. Telefonunda daha çox funksionallıq, özəlləşdirmə, yenilikçilik axtaranların seçimi isə Android`dir. Sonda məqaləni uzun müddət Android istifadəçisi olmuş biri olaraq bitirərkən demək istərdim ki, mobil telefonu yenidən dəyişdiyim zaman çox güman bu yenə bir iPhone modeli olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..


Bütün yeni prosessorlarda təhlükəli boşluqlar aşkarlandı: Intel, ARM, IBM və AMD..

İntel, ARM, İBM və AMD şirkətlərinə məxsus yeni və müasir prosessorlarda təhlükəli boşluqlar aşkarla..


Huawei şirkətindən Desktop (stolüstü) kompüterlər gəlir

Böyük bazar payına malik olan Huawei şirkətinin sızdırılan məlumatlara görə Desktop kompüterləri gəl..


MediaTek və Intel birgə əməkdaşlıq çərçivəsində noutbuklar üçün 5G modem anons e..

Keçən il MediaTek və Intel şirkətləri noutbuklar üçün nəzərdə tutulmuş 5G modemin yaradılması üzrə ə..


Böyük bir dövrün sonu: Toshiba şirkəti noutbuk istehsalı sahəsindəki fəaliyyətin..

Toshiba şirkəti özünün 35 illik portativ kompüter istehsalçısı karyerasını bitirdiyini rəsmi şəkildə..


Dünyanın ilk 6G şəbəkəsinin nə zaman işə salınacağı məlum olub

Cənubi Koreya hökuməti 6G şəbəkəsinin istifadəyə verilmə planları haqqında danışıb.

×