main-post-cover

    Android'i əvəz edəcək Fuchsia OS haqqında yeni məlumatlar əldə olunub

    Elm & Texnologiya
    30.04.2018
    Farid Pardashunas
    Baxmayaraq ki, Google şirkəti Fuchsia adlı yeni əməliyyat sistemi barəsində xəbər vermir, bu sistem inkişaf etdirilir və yaxın gələcəkdə Android-i əvəz etməyə hazırlaşır. Qeyd etmək lazımdır ki, yeni əməliyyat sistemi nəinki Android-i həmdə Chrome OS-i əvəz edə bilər. İndi isə Fuchsia əməliyyat sistemi barəsində yeni məlumatlar əldə olunub. Fuchsia-nın əsas fərqləndirici özəlliyi onun istənilən cihazda çalışmasıdır. İstər telefon, planşet, notbook və ya digər cihaz olsun.
    Əgər Google şirkəti Android-dən imtina edib yeni əməliyyat sisteminə keçid etsə istifadəçilər bu fərqi hiss etməyəcəklər. Belə ki, Android-dən istifadəyə öyrəşmiş istifadəçilər Fuchsia əməliyyat sisteminə də rahatlıqla öyrəşə biləcəklər. Android və Chrome OS kimi məşhur sistemlərdən imtanın əsas səbəbi isə seçilmiş cihazın və onun ekran ölçüsündən asılı olmayaraq şirkətin istifadəçilərə eyni funksiyaları təqdim etmək istəməsi ola bilər. Fuchsia isə bu cür özəlliklər üçün ən yaxşı namizəddir.
    Fuchsia AOSP-də aşkar edilib. Lakin ən əsas məqam ART-dir (Android Runtime). Görünür, Fuchsia ART ilə hazırlanır. Bu isə o deməkdir ki, yeni əməliyyat sistemi Android tətbiqlərini dəstəkləyəcək. Beləliklə yeni əməliyyat sisteminin əsasında Android tətbiqlərinin dəstəyi də yer alıb. Buna görə də artıq varolan tətbiqləri yeni əməliyyat sisteminə yazmaq çətinlik yaratmayacaq. Bununla belə Android-dən yeni əməliyyat sisteminə keçid bir neçə ildən sonra baş verə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər