main-post-cover

    Android ilə çalışan Kalashnikov MP155 Ultima adlı smart tüfəngin ön sifarişlərinə start verilib - QİYMƏTİ

    Elm & Texnologiya
    30.08.2021
    Farid Pardashunas
        Təqdimatdan 1 il sonra Kalashnikov şirkəti özünün ilk smart tüfənginin kommersiya məqsədli satışını elan edib. MP155 Ultima adlı bu smart tüfəng Android əməliyyat sistemi əsasında çalışır və smartfonla sinxronlaşa bilir. MP155 Ultima modul konstruksiyasına sahibdir. Buna görə də o öz sahibinin tələblərinə əsasən tənzimlənə bilər. Android əməliyyat sistemi vasitəsilə çalışan bort kompüterindən əlavə olaraq smart tüfəng ekran, atış sayğacı, saat, kompas, saniyə ölçən, taymer və mövcud olan güllələrin sayını göstərən indikator ilə təchiz olunub.
        Güman olunur ki, MP155 Ultima tüfəngi atıcının bacarıqlarını təkmilləşdirməkdə yardımçı olacaq. Sözügedən smart silah MP-155 adlı standart tüfəngin əsasında hazırlanıb. Smart tüfəngin xarici elementləri aviasiyada istifadə olunan alüminum ərintisindən və yüksək texnoloji polimerdən hazırlanıb. Bu tüfəng 12/70 güllələrdən istifadə edir və onun maqazinində 7 güllə üçün yer mövcuddur. Onun lüləsinin uzunluğu 510 mm, silahın ümumi çəkisi isə 4.2 kq təşkil edir. MP155 Ultima-nı artıq öncədən sifariş etmək mümkündür. Onun qiyməti isə 1768$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər