main-post-cover

    Android-in yaradıcılarından biri olan Andy Rubin-in Essential şirkəti bağlanır

    Elm & Texnologiya
    13.02.2020
    Farid Pardashunas
        Essential şirkəti öz fəaliyyətinin dayandırılması barəsində rəsmi açıqlama verib. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Essential şirkəti 2015-ci ildə Android əməliyyat sisteminin yaradıcılarından biri olan Andy Rubin tərəfindən təsis edilmişdi. 2017-ci ildə isə şirkətin Essential Phone adlı smartfon modeli satışa çıxmışdı. Nəticədə həmin smartfon şirkətin ilk və son smartfon modeli oldu.
        Yüksək qiymətləndirmələrə baxmayaraq Essential Phone alıcılar arasında o qədər də məşhur ola bilmədi. Onun satışları isə gözlənildiyindən çox aşağı oldu. Buna baxmayaraq Essential Phone smartfonları mütəmadi şəkildə sistem yenilənmələrini əldə edirdi. Yeni Android versiyalarının isifadəyə verilməsi məsələsində bu smartfon siyahıda birincilərdən idi.
        Keçən ilin oktyabr ayında şirkət özünün Gem adlı yeni smartfon modelinin prototipini sərgiləmişdi. Lakin həmin smartfonun rəsmi təqdimatı baş vermədi. Nəticədə Essential şirkətinin bağlanması qərarı qəbul edildi. Şirkətin Essential Phone modelləri həmişəki kimi çalışmağa davam edəcəklər. Lakin onlar bundan sonra sistem yenilənmələrini əldə etməyəcəklər. Bununla yanaşı Esential tərəfindən əldə olunmuş Newton Mail servisi də bağlanır. İstifadəçilər həmin servisdən 30 aprelə kimi istifadə edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər