
Android'in yaradıcısı Andy Rubin özünün Essential şirkətini satmağa hazırlaşır
Texnologiya
25.05.2018
Emil Noisy
Android əməliyyat sisteminin
yaradıcısı Andy Rubin tərəfindən yaradılmış və smartfon istehsalı ilə məşğul
olan Essential şirkəti Essential Phone 2 modelinin istehsalını dayandırıb və
şirkətin satılmasını müzakirə edir. Bu barədə Bloomberg saytı xəbər verib. Qeyd
etmək lazımdır ki, şirkət öz ilk smartfonu olan Essential Phone modelini keçən
ilin Avqust ayında satışa çıxartmışdı.
Bloomberg-in verdiyi məlumata əsasən
Essential Phone 2-nin istehsalı dayandırılıb və onun üzərində çalışan komanda
hal-hazırda evlər üçün ağıllı cihaz üzərində çalışır. Məlumata əsasən Andy
Rubin-in şirkəti üçün potensial alıcı axtarışı ilə Credit Suisse şirkət məşğuldur.
Keçən ilin İyun ayında şirkət 300 milyon dollar investisiya cəlb etmişdi və 1
milyard dollar dəyərində qiymətləndirilirdi. Andy Rubin bütün şirkəti satmağı
planlaşdırır.

Yəni satışa həmçinin patentlər, cihazlar, satışa hələ çıxmamış ev
üçün olan ağıllı cihaz və dəyişdirilə bilən kamera modulu da daxildir. Bundan əlavə
olaraq şirkət Essential brendi altında cihaz istehsalı üçün kənar istehsalçı ilə
də müqavilə bağlaya bilər. Məlumata əsasən Andy Rubin şirkət əməkdaşlarına
xüsusi məktub göndərib. Həmin məktubda o, şirkət üçün investor və potensial
alıcı axtarışında olduğunu bildirib. Beləliklə o, Essential şirkətini bağlamağı
planlaşdırmır.
Linki kopyala
Həftənin xəbərləri

