
Android-in yaradıcısı, Essential Phone adlı yeni smartfonunun ilk foto və məlumatlarını təqdim etdi
Elm & Texnologiya
30.05.2017
Emil
Android əməliyyat sisteminin yaradıcısı Andy Rubin-in yaratdığı Essential Phone smartfonunun ilk foto və məlumatları təqdim olundu.
Qeyd etmək lazımdır ki, sözügedən smartfon, Andy Rubin-in “Essential”
şirkəti tərəfindən yaradılıb. Android əməliyyat sistemi vasitəsilə çalışan yeni
smartfonun korpusu titan və keramikadan hazırlanmışdır. O, demək olar ki, çərçivəsiz
ekrana sahibdir. Deməli Essential Phone, 5.7 inç ekran, 8 nüvəli Snapdragon 835
prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş, 3040 mAh enerji tutumlu batareya,
13 MP-lik ikili arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Smartfonun arxa
paneli sanki şüşədən hazırlanmışa oxşasa da, əslində o keramikadan ibarətdir.
Smartfonun ekranını isə 5-ci nəsil Gorilla Glass şüşəsi qoruyur. Bundan əlavə
olaraq Essential Phone üçün iki ədəd ayrıca cihaz da təqdim olunub. Onlardan
biri 360 dərəcəlik kamera, digəri isə enerji yığmaq üçün nəzərdə tutulmuş
enerji stansiyasıdır. Qeyd etmək lazımdır ki, sözügedən smartfon, 3.5 mm-lik
standart audiogirişdən məhrumdur. Çox güman ki, onu xüsusi keçidli naqil əvəz
edəcək .Essential Phone ilk öncə ABŞ bazarında satışa çıxacaq. Onun qiyməti isə
700$ təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər