
Android-in yeni versiyası necə adlanacaq?
Elm & Texnologiya
07.05.2017
Farid
Android əməliyyat sisteminin növbəti versiyası, məşhur Oreo şirniyyatının şərəfinə adlandırıla bilər.
Bu cür ehtimala, Android, Chromecastvə Chrome OS üzrə vitse-prezident Hiroshi Lockheimer işarə edib. Belə ki, o öz Twitter hesabında Oreo tortunun fotosunu paylaşıb. Daha sonra o, Pocky şirniyyatının
fotosunu paylaşıb və onda 2018 hashtag-nı qeyd edib. Beləliklə Lockheimer,
2018-ci ildə Android-in necə adlanacağına işarə edib. Lakin bir şeyi nəzərə
almaq lazımdır ki, Lockheimer daha əvvəllər də Android üçün müxtəlif adlar
paylaşırdı. Nəticədə isə həmin adlardan heç biri istifadə olunmamışdır. Bununla
yanaşı əməliyyat sisteminin hazırlanma prosesindəki adı ilə onun final adı da fərqlənə
bilər. Gözlənildiyi kimi Android-in yeni versiyası, 17-19 May tarixlərində
keçiriləcək Google I/O 2017 tədbirində təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər