Logo
    main-post-cover

    Android N developerlər üçün yayımladı. Android N-də hansı yeniliklər olacaq?

    Google-un mobil əməliyyat sistemi olan Androidin yeni versiyası N-in deveoperlər üçün 3-cü önizləmə buraxılışı yayımlandı.

    Dünən baş tutan Google'ın I/O 2016 konfransında çox detallı olmasa da Google Android N mövzusuna toxundu. Developerlərin izləməsi üçün 3-cü versiyanı yayımlayan Google sözü gedən yenilənmənin bu il üçün nəzərdə tutulmadığını da dilə gətirib. Performans, stabillik, təhlükəsizlik və virtual reallıq baxımından xeyli inkişaf etdirilmiş bu əməliyyat sistemi, Vulkan API, çoxlu pəncərə dəstəyi, birbaşa cavablama və VR xüsusiyyətləri ilə diqqətləri öz üzərinə cəlb edəcək. Bundan əlavə 75% performans artımı yaşanacağıda vurğulanan nüanslardandır. Daha öncə Samsung Galaxy S7 və S7 Edge smartfonlarında gördüyümüz Vulkan API dəstəyini Google birbaşa Android N üçün tətbiq edir və bununla yanaşı yüksək performanslı telefonlarda oyun oynayan zaman stabillik və performansda 75% artım olacaq. Çoxlu pəncərə dəstəyi isə əvvəllər digər Android versiyalarında yalnız araüzlər vasitəsilə mövcud idisə bu yenilənmədən sonra Google çoxlu pəncərə dəstəyini saf Android telefonlar üçün də tətbiq etməyə başlayır. Birbaşa, daha doğrusu anında cavablama xüsusiyyəti isə kiçik yenilik olsa da çox faydalı olacaqmış kimi görünür. Bunun vasiətsilə bildiriş panelinə gələn mesajlara birbaşa cavab verə biləcəksiniz. Buraya daxil olaraq Andorid N 3-cü developerlərin önizləməsi üçün Nexus 6, Nexus 9, Nexus 5X, Nexus 6P, Nexus Player, Pixel C və General Mobile 4G  cihazlarınıza yükləyə bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər