
Android üçün WhatsApp-ın yeni versiyasında bizi nələr gözləyir?
Elm & Texnologiya
07.05.2017
Farid
Hal-hazırda Android üçün WhatsApp messengerinin yenilənmiş beta versiyası hazırlanır. Həmin versiyaya çoxdan gözlənilən yeniliklər əlavə olunub.
İlk yenilik messengerdə ismarıcı bir neçə şəxsə və ya qrupa
göndərmək imkanıdır. Daha əvvəllər ismarıcları və ya digər faylları bir dəfəyə
yalnız bir şəxsə və ya qrupa göndərmək olurdu. Buna görədə hər dəfə kütləvi
ismarıc göndərmə zamanı eyni prosesi bir neçə dəfə təkrar etmək lazım gəlirdi.
Bundan əlavə olaraq beta versiyada olacaq daha bir yenilik ismarıc və ya faylın
sürətlə sonuncu dəfə əlaqə qurulmuş 3 şəxsə göndərməkdan ibarətdir. Həmçinin yaxın aylar ərzində WhatsApp-da GIF animasiyalar, video zənglər,
fotolara imza qoyulma və s. kimi funksiyaların dəstəklənməsi gözlənilir. Qeyd
edək ki, qrup halında ismarıcların göndərilməsi funksiyasına sahib WhatsApp-ın yeni
versiyası hələki bəzi regionlarda aktivdir.
Paylaş
Bənzər xəbərlər