main-post-cover

    Android P'nin adı və yeni idarəetmə sistemi barəsində məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    15.04.2018
    Farid Pardashunas
    Google şirkəti smartfonlar üçün yaz fəslinə aid ekran fotolarını təqdim edib. İstifadəçilər isə ənənəvi olaraq həmin fotolarda şirkət tərəfindən şifrələnmiş mesajları axtarmağa başlayıblar. Həmin istifadəçilərdən bəzilərinin sözlərinə görə onlar fotolarda yeni Android versiyasının adını aşkar ediblər. Bundan əlavə olaraq internetə Android tərtibatçıları üçün olan blogdan bir screenshot sızdırılıb. Bu barədə Phonearena saytı xəbər verib.

    Sızdırılmış screenshotda isə əməliyyat sisteminin yeni idarəetmə özəlliyi əks olunub. Google tərəfindən təqdim olunmuş fotolardan birində istifadəçilər görüblər ki, meyvəli buz dondurmasının altındakı taxtanın üzərində ingilis hərfləri ilə Popsicles sözü yazılıb. Nəzərə alsaq ki, Google hər yeni Android versiyasının adını əlifba sırası ilə şirniyyatların adlarını verir, onda Popsicles Android 9.0 üçün əlverişli variantdır. Lakin yeni Android versiyası ilə bağlı adlar silsiləsi sadəcə bir variantdırsa, Android 9.0 haqqında daha real bir fakt mövcuddur.

    Belə ki, Android tərtibatçıları üçün olan rəsmi blogda Android P-nin yeni naviqasiya panelinin screenshotu yayılıb. Uzun illər ərzində əməliyyat sistemi üzərində idarəetmə 3 düymə sayəsində reallaşdırılırdı (Back, Home Menu). Sızdırılmış yeni screenshot sayəsində məlum olub ki, həmin düymələr yenidən qurulacaq. Belə ki, smartfon ekranında 3 düymə yerinə həmişə Home düyməsi əks olunacaq. Sistemdə geri qayıtma imkanı yarananda Back düyməsi ortaya çıxacaq. Menu düyməsi isə sistemdən tamamilə yoxa çıxacaq və jestlər ilə əvəz olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər