
Android P-nin ilk versiyası təqdim olundu. Yeniliklər nələrdir?
Elm & Texnologiya
08.03.2018
Ənənə üzrə hər ilin Mart ayında “Google” şirkəti tərtibatçılar üçün yeni Android versiyasını təqdim edir.
Yeni versiyanın adı Android P-dir.
Onun tam adının necə olacağını heç kim bilməsə də bir çoxlarının fikrincə yeni əməliyyat
sistemi məhz Android Pie adlanacaq. Android P Nexus seriyasına tamamilə son
qoyur. Bu isə o deməkdir ki, əməliyyat sistemi birinci və ikinci nəsil Pixel
modellərində təqdim olunacaq. The
Next Web saytı yeni sistemin 5 əsas funksiyaları barəsində məlumat
verib.
Smartfonlarda ön panelin yuxarı
hissəsindəki çıxıntı dəstəyi:
Günümüzdə smartfonların dizaynında
yeni dəb yaranıb. Belə ki, bir çox istehsalçılar öz smartfonlarında ön panelin
yuxarı hissəsinə kiçik çıxıntı əlavə edirlər. Bu isə öz növbəsində tərtibatçıların
işini çətinləşdirir. Belə ki, bu halda sistemin və tətbiqlərin interfeyslərini
həmin çıxıntı üzrə adaptasiya etdirməli olurlar.
İndi isə hər şey daha sadə şəkildə
çalışır. “Google” çıxıntının forma və ölçüsünü standartlaşdırmağı təklif etmir.
Smartfon istehsalçıları sətirlərin hündürlüyünü dəyişə və çıxıntıdan sol və sağ
tərəfdəki istənilən formada olan ekran sahəsini istifadə edə bilərlər. Tətbiq tərtibatçıları
isə adi ekranlara sahib smartfonlarda müxtəlif forma və ölçüdə olan çıxıntıları
modelləşdirə bilərlər.
Yeni dizayn:
“Google” növbəti dəfə standart pəncərələrin
(bildiriş sətirləri, ayarlar və digər interfeyslər) xarici görünüşündə düzəlişlər
edib. İkonlar dairəvi künclərə sahib olublar. Ümumilikdə isə interfeys daha
parlaq və rəngli olub.
Yaxşılaşdırılmış bildirişlər:
Şirkət daimi olaraq bildirişlər sətrini
təkmilləşdirir. İndi isə həmin sətirdə messencerlərdən olan ismarışlara
kontekstdən asılı olaraq sürətli “ağıllı” cavab vermək imkanı yaradılıb. Aşağı
fotoda da görmək olar ki, “How about sushi?” sualına sistem 3 cavab təqdim edir:
Müsbət, neytral və mənfi.
Bir neçə kamera dəstəyi:
Android P çox kameralı modulların
standart dəstəyini təqdim edir. Bu isə öz növbəsində smartfonlardakı ikili
kamera ayarlarının prosesini sadələşdirir. Tərtibatçılar sürətli şəkildə
fotodakı arxa fonun bulanıq düşməsi və iki kamera arasındakı keçid hesabına
optik zoom funksiyasını əlavə edə biləcəklər. Bundan əlavə olaraq 3D effektin
yaradılması üçün kənar tətbiqlərə bir anda iki kamera vasitəsilə çəkiliş özəlliyi
də əlavə olunacaq.
Binaların daxilində naviqasiya:
Yeni sistemə şirkət Wi-Fi IEEE
802.11mc (RTT) protokolunu əlavə edir. Şəbəkənin bu cür standartı bütün dünya
üzrə yayılandan sonra istifadəçilər xəritə naviqasiyalarını hətta binaların
daxilində də istifadə edə biləcəklər. Beləliklə böyük ticarət mərkəzlərində
lazımi mağazanı və ya park yerində avtomobili tapmaq daha da asan olacaq.
Təbii
ki, bütün bunlar Android P-nin tam yenilikləri deyil. Yeni əməliyyat sistemi
barəsində əlavə məlumatlar bu ilin May ayında tərtibatçılar üçün keçiriləcək Google
I/O tədbirində səsləndiriləcək. Məhz həmin vaxtda adi istifadəçilər üçün
Android P-nin ilk beta-test versiyası təqdim olunmalıdır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...