
Android proqramların Windows\'a gəlişi gecikəcək!
Elm & Texnologiya
07.05.2017
Farid
Microsoft Android proqramlarını bu platformada görmək istəyən istifadəçilərinə təəssüf ki, pis xəbər verdi. Windows Bridge for Android adı ilə tanıdılan və Project Astoria adı altında hazırlanan emulyatorun hələ də hazır olmadığı rəsmən açıqlandı. Android proqramlarını Windows platformasında işləməsinə kömək edəcək emulyator xüsusilə developerlər tərəfindən maraqla gözlənilirdi. Emulyatorun zəif proqram portlamaları və texniki problemlər səbəbilə istəniləni vermədiyi üçün təxirə salındığı deyilir. Windows Bridge for iOS üçün hazırlanan Project İslandwood emuluyatorunda isə proqramların Windows üçün yenidən işlədilərək yenidən qurulması lazımdır. Görünən odur ki, Windows istifadəçiləri bunun üçün hələ çox gözləyəcək.
Paylaş
Bənzər xəbərlər