main-post-cover

    Android Q'nü əldə edəcək ilk Huawei smartfonları məlum oldular

    Elm & Texnologiya
    17.06.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə məlum olmuşdu ki. ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkəti Android Q əməliyyat sistemi əsasında hazırlanmış EMUI 10 interfeysinin testinə start verib. İndi isə internetdə Android Q əməliyyat sistemini ilk əldə edəcək Huawei smartfonlarının siyahısı ortaya çıxıb. Bu barədə Gizchina saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə ortaya çıxmış siyahıda P30, P20, Mate 20P Smart seriyasından olan smartfon modelləri daxil olublar:
    - Huawei P30
    - Huawei P30 Pro
    - Huawei P30 Lite
    - Huawei Mate 20
    - Huawei Mate 20 Pro
    - Huawei Mate 20 5G
    - Huawei P Smart 2019
    - Huawei P Smart+ 2019
    - Huawei P Smart Z
    - Huawei P20
    - Huawei P20 Pro.
        Sözügedən siyahıda Honor brendinin smartfon modelləri olmasa da bu o demək deyil ki, həmin smartfonlar Android Q əməliyyat sistemini əldə etməyəcəklər. Şirkətin öz smartfon modellərini nə zaman Android Q-yə kimi yeniləyəcəyi barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər