main-post-cover

    Android Q'nü ilk olaraq hansı Honor smartfonları əldə edəcəklər?

    Elm & Texnologiya
    18.07.2019
    Farid Pardashunas
        1 ay bundan öncə Huawei şirkəti özünün 20 ədəd smartfon modelinin Android Q əməliyyat sistemini əldə edəcəyini təsdiqləmişdi. İndi isə şirkətin müstəqil brendi kimi fəaliyyət göstərən Honor-un hansı smartfon modellərinin ilk olaraq yeni əməliyyat sistemini əldə edəcəkləri barəsində məlumat ortaya çıxıb. Ənənəyə sadiq qalaraq siyahıdakı modellərin çoxusunun flaqman modellər olması ilə yanaşı bəzi büdcəli modellər də var. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə Android Q-nü əldə edəcək Honor smartfonları aşağıdakı kimidir:
    - Honor 20
    - Honor 20 Pro
    - Honor 20 Lite
    - Honor V20
    - Honor 10
    - Honor 10 Lite
    - Honor 8X.
        Çox güman ki, bu smartfon modelləri Android Q əməliyyat sistemini ilk əldə edəcək Honor modelləridir. İstisna deyil ki, şirkət Honor brendindən olan cihazların sayını artırsın. Gözləntilərə əsasən Honor smartfonları Android Q ilə birlikdə həmçinin Magic UI 3.0 istifadəçi interfeysini də əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər