Logo
    main-post-cover

    Android Q'nü ilk olaraq hansı Huawei smartfonları əldə edəcəklər?

        Huawei şirkəti istifadəçiləri intizarda saxlamayaraq hansı Huawei smartfonlarının ilk olaraq Android Q əməliyyat sistemini əldə edəcəkləri barəsində məlumat verib.. Bu barədə Gizmochina saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə şirkət tərəfindən təqdim olunmuş fotodan da görmək olar ki, Android Q-nü ilk olaraq Huawei Mate 20, Mate 20 Pro, Mate 20 X, Mate 20 Porsche Design, P30, P30 Pro, Honor V20Honor Magic 2 smartfon modelləri əldə edəcəklər. Sadalanmış bu smartfonların hamısı flaqman smartfon modelləridir. Huawei şirkətinin orta büdcəli smartfonlarından hansılarının Android Q əməliyyat sistemini əldə edəcəkləri barəsində isə hələki məlumat yoxdur.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Android Q'nü ilk olaraq hansı Huawei smartfonları əldə edəcəklər? | Technote