main-post-cover

    Android Q'yə bildirişlər panelinin jestlərlə işə salınması funksiyası əlavə olunacaq (VİDEO)

    Elm & Texnologiya
    10.07.2019
    Farid Pardashunas
        İnternetdə Android Q əməliyyat sistemində olacaq yeniliklər barədə məlumatlar ortaya çıxmağa davam edir. Beləliklə XDA-Developers saytının verdiyi məlumata əsasən yeni əməliyyat sisteminin 5-ci beta versiyasına bildirişlər paneli ilə sürətli ayarlar bölməsinin jestlər vasitəilə işə salınması funksiyasının əlavə olunacağını bildirib. Bu barədə Gagadget saytı xəbər verib.

        Bunun üçün istifadəçi smartfon ekranının istənilən hissəsində öz barmağı ilə aşağı istiqamətə swype etməli olacaq. Qeyd etmək lazımdır ki, bu cür funksiya artıq uzun müddətdir ki, MIUI OxygenOS interfeyslərində mövcuddur. Hələki məlum deyil ki, Google bu yeni funksiyanı əməliyyat sistemi səviyyəsində və ya yalnız Pixel smartfon modellərində reallaşdıracaq. Android Q-nün stabil versiyasının bu ilin üçüncü rübündə işıq üzü görəcəyi güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər