main-post-cover

    Android smartfonları qulaqlıqlar vasitəsilə hack etmək olar

    Elm & Texnologiya
    15.11.2019
    Emil Nəcəfov
        Amerikalı tədqiqatçılar Android smartfonlarda yeni növ boşluq aşkar ediblər. Məlum olub ki, həmin smartfonları USB və ya Bluetooth aksessuarlar vasitəsilə hack etmək mümkündür. Bura qulaqlıqlar, səsgücləndiricilər, şarj cihazları və s. daxildirlər. Bu cür hack prosesinə məşhur istehsalçıların smartfon modelləri məruz qala bilərlər. Bu barədə 4pda saytı xəbər verib. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər qeyd ediblər ki, zərərli proqram təminatına sahib təkmilləşdirilmiş aksessuarlar Android smartfonlarn radiomodulları ilə qarşılıqlı əlaqədə ola bilirlər.
        Aksessuarın smartfona qoşulmas halında aksessuarda olan virus smartfonun modeminə xüsusi AT əmrlər göndərir. Bu isə öz növbəsində smartfonun işinə təsir edə bilər. Tədqiqatçıların sözlərinə görə smartfona qoşulmuş aksessuar smartfonlara gələn zəngləri digər istiqamətə yönləndirə, gələn/gedən zəngləri və mətn mesajlarını bloklaya və həmin mesajları əldə edə, smartfonun internet şəbəkəsinə təsir göstərə bilər. Aksessuardakı virus həmçinin DoS hücumu reallaşdra və cihazın IMEI nömrəsini oğurlaya bilər. Bu üsul ilə hacker cihazın sahibinin harda yerləşdiyini izləyə bilər.
        Əsas məsələ ondan ibarətdir ki, smartfonun virusla yoluxması tamamilə lokal şəkildə reallaşdırılır. Yəni bunun baş verməsi üçü smartfonun internetə qoşulmasına ehtiyac yoxdur. Sözügedən virusun çalışma mümkünlüyü müxtəlif məşhur istehsalçıların smartfon modellərində yoxlanılıb. Tədqiqatçılar qeyd ediblər ki, eksploit Qualcomm, Samsung HiSilicon şirkətlərinin modemlərində mövcuddur. Maraqlısı ondadır ki, virusun imkanları smartfon modelindən asılıdır. Bəzi smartfonlar isə ümumiyytlə bu virusa dözümlü olublar. Mütəxəssislər sertifikatlaşdırılmamış aksessuarlardan istifadənin təhlükəli olduğunu qeyd ediblər. 
    Linki kopyala