main-post-cover

    Android tətbiqləri dəstəkləyən Windows 10 əməliyyat sistemli smartfon anons edilib

    Elm & Texnologiya
    19.02.2020
    Emil Nəcəfov
        Windows dəstəkli smartfonların istehsalı hələ bir neçə il bundan öncə dayandırıldı. Nəticədə Microsoft şirkətinin özü Android əməliyyat sisteminə keçid etdi. Lakin mobil Windows pərəstişkarları üçün yeni ümid yeri yaranıb. Belə ki, İngiltərənin Emperion şirkəti Windows-un ARM versiyasına sahib smartfonu anons edib. Bu barədə Windowscentral saytı xəbər verib. Emperion şirkətinin təmsilçilərinin verdikləri məlumata əsasən Nebulus adlı smartfon modeli ARM prosessorlar üçün nəzərdə tutulmuş Windows 10 versiyası vasitəsilə çalışır.
        Prosessor qismində smartfon Snapdragon 845-in təkmilləşdirilmiş versiyası ilə təchiz olunacaq. Tərtibatçılar qeyd ediblər ki, bu yeni smartfonda onlar heç bir emulyator və iki əməliyyat sistemi arasında keçid olmadan Android tətbiqlərin çalışmasını reallaşdıra biliblər. Həmçinin smartfonun USB Type-C və ya naqilsiz protokol vasitəsilə xarici ekrana qoşulan zaman işə düşəcək desktop rejiminin olacağı də söz verilib. Smartfon kənarları əyilmiş gövdəyə sahibdir. Ekranın üzərində heç bir çıxıntı hissə yoxdur. Bunun yerinə ekranın yuxarı hissəsində qalın çərçivə yerləşdirilib. Həmin çərçivədə isə ön kamera və bir sıra köməkçi ötürücülər var.
        Artıq məlumdur ki, Nebulus adlı smartfon bir ədəd SIM kart girişinə, 3.5 mm-lik audiogirişə və 2 TB-a kimi microSD dəstəyinə sahib olacaq. Maraqlısı ondadır ki, Windows 10-un ARM versiyası fərdi telefon funksiyalarına sahib deyil. Məlumata əsasən sözügedən smartfonda zənglərin reallaşdırılması və mesajların göndərilməsi Skype vasitəsilə ola bilər. Lakin bu məlumat hələ təsdiqlənməyib. Smartfonun dəqiq texniki özəllikləri, təqdimat və satış tarixləri barəsində bir məlumat yoxdur. 
    Linki kopyala