Android üçün olan 10 ən sürətli interfeys

Android üçün olan 10 ən sürətli interfeys

Texnologiya
01.08.2018 PAYLAŞIM

    Master Lu Benchmark tərtibatçıları Android əməliyyat sistemi üçün olan 10 məşhur interfeysi test edərək onların reytinqini tərtib ediblər. Testlər bir neçə parametrlər üzrə keçirilib. Beləliklə tərtibatçılar veb tətbiqlərin işləmə və yükləmə sürətlərini, videokameranın çalışması və çəkiliş keyfiyyətini, smartfonun işə düşmə sürətini, tətbiqlərin açılması və bağlanmasını, faylların kopyalanmasını və interfeyslərin animasiya sürətlərini test ediblər. Bütün bu testlər əsasında interfeyslərə xallar verilib. Xallara əsasən demək olar ki, bütün interfeyslər bir-birilərini minimum göstəricilər ilə ya üstələyir yada geridə qoyurlar.


Bənzər xəbər


    Bundan əlavə olaraq müxtəlif interfeyslərin müxtəlif smartfonlarda olan göstəricilərinin test nəticələrinə necə təsir etdiyi də tam olaraq məlum deyil. Belə ki, çox güman ki, tərtibatçılar bütün interfeysləri bir smartfon üzərində yoxlamayıblar. Beləliklə birinci yerdə OnePlus şirkətinin flaqman smartfonlarında istifadə olunan Hydrogen OS qərarlaşıb. İkinci yeri Huwei şirkətinin interfeysi EMUI, üçüncü yerdə Çinin Smartisan adlı smartfonlarında istifadə olunan Smartisan OS, dördüncü yeri Xiaomi şirkətinin MIUI interfeysi tutub. Sonrakı yerləri isə sıra ilə Oppo şirkətinin Color OS interfeysi, Samsung Experience, Google-dan olan Pixel Launcher, HTC SenseVivo şirkətinin Funtouch interfeysi tutublar. Sonuncu yerdə Nubia UI interfeysi qərarlaşıb. Meizu şirkətinin Flyme interfeysi isə ümumiyyətlə bu top 10-luqda yer almayıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX yenə tarix yazdı: Şirkət uğurlu şəkildə astronavtları BKS-ə göndərdi (VİD..

 Uzun müddətdən sonra SpaceX şirkəti sonunda daxilində astronavtların olduğu Crew Dragon kosmik gəmi..


AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

AMD şirkəti 10.nəsil Intel prosessorlarına yeni rəqiblər satışa çıxarır. Yeni Ryzen prosessorları tə..


Google axtarış sistemində dəyişiklik: Bu saytlar axtarış nəticələrində önə çıxac..

Google axtarış sistemi yaxın zamanda axtarış nəticələrində səhifələrin seçimi alqoritmində dəyişikli..


Linux-un atası Linus Torvalds illər sonra AMD prosessora keçdi: Niyə?

Linux əməliyyat sisteminin atası kimi tanınan Linus Torvalds illər sonra Intel prosessorlardan AMD-ə..


Samsung, Dual Pixel və Tetracell texnologiyalarını birləşdirən kamera sensorunun..

Samsung şirkəti Dual Pixel və Tetracell texnologiyalarını birləşdirən kamera sensorunun istehsalına ..


Sabrent şirkəti dünyanın ilk 8 TB həcmində olan SSD-sini təqdim etdi

Sabrent şirkəti dünyanın ilk 8 TB həcmində olan M.2 SSD-sini təqdim etdi.

×